"Kanal 13" internet televiziyasının direktoru 6 il həbs cəzası aldı

Əziz Orucov Fotonun müəllifi Kanal13
Image caption (Foto Arxiv) "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov 6 il azadlıqdan məhrum edilib

"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov 6 il azadlıqdan məhrum edilib.

Dekabrin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əziz Orucova hökm oxunub.

Vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bidirib ki, müdafiə tərəfi qərardan razı deyil və apellyasiya verəcəklər.

Dövlət ittihamçısı çıxışında cənab Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Əziz Orucova ilk dəfə 2 mayda Nəsimi Rayon Məhkəməsi tərəfindən "polisə müqavimət" maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.

Buraxılmasına bir gün qalmış, iyunun 1-i, cinayət məcəlləsinin qanunsuz sahibkarlıq və vəzifə saxtakarlığı ittihamları üzrə ona qarşı cinayət işi açılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Avqustun 29-u bu müddət daha üç ay uzadılıb.

Elçin Sadıqov həmçinin iddia edib ki, Əziz Orucovun işi 2014-cü ildə QHT rəhbərlərinə qarşı açılan işlə əlaqədərdir.

O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Əziz Orucov ittihamları qəbul etmir.

Bu barədə daha geniş