5 fotoda: Erdoğandan Qüds çağırışı, ərəblər kinoya gedə bilər, banan yediyinə görə həbs...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi YASIN AKGUL/ GETTY

1. Türkiyə prezidenti Recep Tayyip Erdogan müsəlman ölkələrinin liderlərini Qüdsü/Yerusəlimi "Fələstin dövlətinin işğal altında olan paytaxtı" kimi tanımağa səsləyib.

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində çıxış edən Recep Tayyip Erdoğan deyib ki, Qüdsün tanınmasına dair ABŞ qərarının "heç bir hökmü ola bilməz".

Cənab Erdoğan ABŞ-ı terrorçuluğa himayədarlıqda ittiham edib.

Erdoğan: "Dünya Qüdsü Fələstinin paytaxtı kimi tanımalıdır"

Fotonun müəllifi EPA

2. Bazar ertəsi günü Suriyaya qəfil səfər edən Rusiya prezidenti Vladimir Putin, Rusiya hərbi qüvvələrinin Suriyadan qismən çıxarılmasına əmr verib.

Suriya prezidenti Bəşər əl-Əsəd cənab Putini Xmeymim hərbi hava bazasında qarşılayıb, İnterfaks xəbər agentliyi bildirib.

Putinin Suriya müharibəsi xaricdə onun prestijini necə artırdı?

Fotonun müəllifi Getty Images

3. Səudiyyə Ərəbistanı rəhbərliyi növbəti ildən etibarən xalqa açıq kino salonlarına icazə veriləcəyini açıqlayıb. İlk salonların mart ayında xidmət verməyə başlaması gözlənilir.

Kino salonları din xadimlərinin təzyiqi ilə 1970-ci illərdə bağlanmışdı.

Səudiyyə Ərəbistanında 10 qadağa

Fotonun müəllifi Shyma

4. Misir məhkəməsi qadın müğənniyə musiqili videoda alt paltarında çəkildiyinə və "əxlaqsız tərzdə" banan yediyinə görə 2 il həbs cəzası kəsib.

Həbs olunmazdan əvvəl videosu ilə tamaşaçıların "hisslərinə toxunduğuna görə" müğənni auditoriyasından üzr istəyib.

Bananı "erotik tərzdə yediyi üçün" saxlanan müğənniyə 2 il həbs cəzası kəsilib

Fotonun müəllifi National Zoological Park

5. Hindistan paytaxtı Dehlidə rəsmilər Rita adlı şimpanzenin 57 yaşının tamam olmasını ad günü mərasimi üslubunda qeyd ediblər.

Rita Dehli zooparkının ən yaşlı sakini sayılır.

Dehli zooparkında Rita adlı 57 yaşlı şimpanzenin ad günü qeyd olunub

Bu barədə daha geniş