Minimum əmək haqqı 130 manat oldu

Image caption Minimum əmək haqqı 116 manatdan 130 manata qaldırıldı

Minimum əmək haqqı 14 manat artırılıb.

Prezident İlham Əliyev dekabrın 25-də imzaladığı sərəncamla minimum əmək haqqı məbləğini 130 manat müəyyən edib. Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır.

Hazırda minimum aylıq əmək haqqının məbləği 116 manatdır.

Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq mallarında 17 faizdən çox bahalaşma müşahidə edilib.

Ancaq müstəqil ekspertlər deyirlər ki, reallıqda inflyasiya daha yüksəkdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş