Mingəçevirdə fəhlə yataqxanasında yanğın: 10 nəfər zəhərlənib

FHN Fotonun müəllifi AzerTAG

Mingəçevirdə fəhlə yataqxanasında baş verən yanğında 10 sakin zəhərlənib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, tüstüdən "zəhərlənənlər arasında 3 azyaşlı uşaq" da var.

Nazirlik zərərçəkmişlərin vəziyyətinin kafi olduğunu bildirir.

Bəzi sakinlərə yerində tibbi yardım göstərilib.

FHN-in açıqlamasına görə, yanğın 4 mərtəbəli binanın 2-ci mərtəbəsində mənzillərdən birində baş verib.

Hadisə nəticəsində mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının səbəbləri hələ ki, məlum deyil, nazirlik bildirib.

Mingəçevir Mərkəzi Xəstəxanasından BBC Azərbaycancaya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslərə göstərilən ilkin tibbi yardımdan sonra onlar evə buraxılıblar.

Əlaqəli mövzular