AZAL-la uçanlara: 10 gündən sonra qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

AZAL, Flight,
Image caption AZAL ilə beynəlxalq reyslərdə qeydiyyat uçuşa 1 saat qalmış bağlanacaq

Azərbaycan Hava Yolları şirkəti beynəlxalq reyslərə qeydiyyatın vaxtını iyirmi dəqiqə azaldıb.

Bu il yanvarın 15-dən AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq, AZAL-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib.

Daxili reyslərdə isə uçuşa yarım saat qalmış qeydiyyat dayandırılacaq.

Paşa Kəsəmənski sərnişinlərdən hava limanına vaxtında gəlmələrini tövsiyyə edir.

"Sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqajları olduqda isə onu "Baggage Drop-off" ekspress-masasında təhvil verə bilərlər".

Hazırda AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanır. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanır.

Bu qayda "Buta Airways" uçuşlarına da şamil ediləcək, Paşa Kəsəmənski bildirib.

Bu barədə daha geniş