Vergilər Nazirliyinin ondan çox rəhbər vəzifəlisi işdən çıxarılıb

Fotonun müəllifi AzerTAG

Vergilər Nazirliyindən onlarla əməkdaş işindən azad olunub.

Vergilər Nazirliyindən BBC Azərbaycancaya bildiriblər ki, işdən 60-dan çox adam çıxarılıb. Amma səbəblər barədə məlumat verilməyib.

İşdən kənarlaşdırlan işçilərin əksəriyyəti Bakı şəhəri Lokal gəlirlər Departamentinin və Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin əməkdaşlarıdırlar.

Onların arasında baş direktor, baş direktorun müavini və şöbə müdiri kimi yüksək vəzifə daşıyanlar olub.

Ötən ay Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib, onun yerinı Mikayıl Cabbarov təyin olunub. Yeni nazir buna qədər 4 ildən çox müddətdə təhsil naziri vəzifəsini icra edib.

Ona qədər bu vəzifəni uzun illər Fazil Məmmədov tutub.

Bu barədə daha geniş