Azərbaycanın ilk rok operası nədən bəhs edəcək?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycanın ilk rok-operasının müəllifi: "145 km uzaq olan platformada özümü Sindbada bənzədirdim"

Azərbaycanın ilk rok operasının müəllifi Rizvan Sədirxanov öz əsərini 43 il bundan əvvəl yazmağa başlayıb. İxtisasça qazmaçı olsa da, o uşaqlıqdan musiqisiz həyat təsəvvür etmir.

69 yaşlı Rizvan neft sahəsində işləməklə yanaşı vokal üzrə də təhsil alıb. Bu sahə üzrə təhsilini İtaliyada davam etdirib.

Əsərdə ingilis, italyan, çex dilində mətnlər var. Eyni zamanda operada prezident İlham Əliyevin qızı Leyla Əliyevanın şeirləri də yer alıb.

Mədəniyyət və Turizm Nazirliyi 1 saat 40 dəqiqəlik əsəri Azərbaycan musiqisində yenilik adlandırıb.

Videonu BBC Azərbaycanca müxbiri Günel Səfərova hazırlayıb.

Əlaqəli mövzular