İsa Qəmbərin "səhhəti normaldır və onun sabah xəstəxanadan çıxması gözlənilir"

İsa Fotonun müəllifi Getty Images

"İsa Qəmbər özünü gümrah hiss edir, səhhəti normaldır", bu barədə BBC Azərbaycancaya Müsavat partiyasının sədr müavini Elman Fəttah bildirib.

İsa Qəmbərlə görüşdüyünü deyən cənab Fəttah onun lazimi müalicə aldığını qeyd edib.

"Tibbi proseduralarla bağlı bu gün xəstəxanada olacaq, cəmi 15 dəqiqə çəkən stend proseduru tətbiq edilib. Şərti əməliyyat demək olar buna", Elman Fəttah əlavə edib.

Onun sözlərinə görə, hazırda İsa Qəmbər özünü yaxşı hiss edir və evə getmək üçün tibbi müayinələrin başa çatmasını gözləyir.

Milli Strateji Düşüncə mərkəzinin rəhbəri İsa Qəmbər ürəyində olan narahatlıq səbəbindən şənbə günü xəstəxanaya yerləşdirilib.

İsa Qəmbər uzun illər Müsavat partiyasının sədri olub.

O, həmçinin 1992-ci ildə o vaxtki Ali Sovetin sədri olub.

Bu barədə daha geniş