20 yanvar: Bakıda matəm tədbirləri keçirilir

Azərbaycanda 20 Yanvarın 28-ci ildönümü ilə bağlı müxtəlif tədbirləri keçirilir.
1990-cı ildə ölənlərin xatirəsi Bakıdakı Şəhidlər Xiyabanında anılıb.
Matəm mərasiminə dövlət rəsmiləri, siyasətçilər, ictimaiyyət üzvləri və diplomatik korpusun nümayəndələri qatılıblar.
Şənbə günü Bakı metropolitenində matəm musiqisi çalınır.
- 27 il əvvəl Britaniya mətbuatı 20 Yanvar barədə nə yazıb
- 20 Yanvar: Bakıda Şəhidlər Xiyabanını ziyarət
- Britaniya arxivi: Qorbaçov və Thatcher Azərbaycan barəsində nə danışıb?
1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun bölmələri Bakı şəhərinə yeridilmişdir.
Hadisələrdə 100-dən artıq adam həlak olmuş və yüzlərlə insan yaralanmışdır.

Qarabağ məsələsi ətrafında mübahisənin kəskinləşməsinə təsadüf edən əsgəri müdaxilə, o cümlədən qanunçuluğun bərpası və erməni əhalisinin müdafiəsi ilə bağlanılırdı.
Lakin Kremlin opponentlərinə əsasən, Moskvanın əsl məqsədi nüfuzu artmaqda olan müstəqillik hərəkatını boğmaq idi.