AXCP sədr müavini Gözəl Bayramlı 3 il həbs cəzası alıb

Gözəl Bayramlı Fotonun müəllifi Obyektiv
Image caption Gözəl Bayramlı

Qazax rayon məhkəməsi AXCP sədr müavini Gözəl Bayramlını qaçaqmalçılıqda təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Onun vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, dövlət ittihamçısı Gözəl Bayramlıya 4 il cəza istəyib.

Gözəl Bayramlı ona qarşı ittihamı rədd edir, onun vəkili isə ona qarşı ittihamın siyasi motivli olduğunu iddia edir.


Həmçinin oxuyun:


"Hakim vəsatətlərimizi qəbul etmədi, məhkəmə çıxışlarına keçdi. Dövlət ittihamçısı 4 il iş istədi. Mən çıxışımda Gözəl Bayramlıya bəraət istədim", vəkil bildirir.

Elçin Sadıqov deyir ki, Gözəl Bayramlı son söz ilə çıxış etsə də, "nitqi hakim tərəfindən yarımçıq kəsilib".

"Onunla bağlı qərar bu gün veriləcək", cənab Sadıqov deyir.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan Azərbaycana keçərkən sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanıb.

Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb və 3 aylıq həbs qətimkan tədbiri seçilib.



Azərbaycanın əsas müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasında rəhbərlikdə təmsil olunan bir neçə üzvü, o cümlədən, bəzi sıravi üzvlər - Fuad Qəhrəmanlı, Seymur Həzi, Məmməd İbrahim, Asif Yusifli, Murad Әdilov və başqaları həbsdədir.

Bu barədə daha geniş