Azərbaycanda müğənnilərin ləhcə ilə oxuması "monitorinq olunacaq"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Onların ləhcəsidir, qınamaq da olmaz"

Müğənnilərin, ifa etdikləri mahnılarda Azərbaycan dilinin qaydalarına əməl edib-etmədikləri araşdırılacaq.

Bu barədə BBC Azərbaycancaya Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

"Bəzən müğənnilərin oxumağından, ifasından bilirik ki, hansı bölgənin nümayəndəsidir"- Sevinc Əliyeva bildirir.

Onun sözlərinə görə, monitorinqə ölkənin televiziya və radiolarında səslənən müasir Azərbaycan müğənnilərinin mahnıları cəlb olunacaq.

Fotonun müəllifi VYACHESLAV OSELEDKO

Sevinc Əliyeva vurğulayır ki, istər xalq, istər bəstəkar mahnılarında tələffüz "Azərbaycan ədəbi dilinə köklənməlidir".

"Azərbaycan ədəbi dilində qadoy alım ifadəsi yoxdur, bu duyğuları ifadə edən söz var: "qadan alım". Bu sözü "qado alım" kimi eşidən gənclər, gənc müğənni elə biləcək, elə belə deyirlər".

Mütəxəssis deyir ki, aprel ayına kimi davam edəcək monitorinqlərin nəticələri mətbuatda dərc olunacaq və Dilçilik İnstitutu öz təkliflərini verəcək.

Bu barədə daha geniş