31 yanvarda Azərbaycanda "Super Qırmızı Ay görünəcək"

Ay tutlması, Bakı, Azərbaycan Fotonun müəllifi AFP
Image caption Yanvarın 31-də Ay tutlması müşahidə olunacaq

Çərşənbə günü Azərbaycanda ay tutulması görünəcək.

Bu barədə BBC Azərbaycancaya Şamaxı Astrofizika rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, 2018-ci ilin ilk ay tutlması Yerin ekvatorial zonasında baş verəcək, yəni Ay kölgənin mərkəzindən keçəcək.

"Yanvarın 31-də Ayın tutulması daha erkən saatlarda başlasa da, Bakı vaxtı ilə 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq", Xıdır Mikaylov deyib.

Fotonun müəllifi AFP
Image caption Ayın səthi nisbətən qırmızı görünəcək

Rəsədxana nümayəndəsi deyir ki, Ay tutulması təbiət hadisəsidir və təcrübədə bu kimi hadisələrdən insanların ziyan çəkməsi qeydə alınmayıb.

Azərbaycan ərazisində ikinci dəfə müşahidə ediləcək ay tutulması isə iyulun 28-də olacaq.

Həmin təbiət hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.

Eyni anda həm superay, mavi ay və Ay tutulması müşahidə olunacaq

Çərşənbə günü görünəcək Ay tutulması nadir hadisədir, belə ki eyni anda həm superay, mavi ay və Ay tutulması müşahidə olunacaq.

Bu barədə NASA-nın saytında məlumat verilib.

Məlumatda qeyd olunub ki, super ay Ayın öz orbitində Yerə ən yaxın olduğu andır və bu zaman Ay normal göründüyündən 14 dəfə artıq işıqlı görünür.

Mavi ay isə əslində tam mavi görünmür, bu zaman o, yerin kölgəsinə daxil olur və qırmızı rəng alır.

Tam Ay tutulması isə Günəşin, Yerin və Ayın eyni anda bir xətt üzrə düzülməsi zamanı müşahidə olunur. Ümumilikdə Ay tutulması 1 saat 16 dəqiqə görünəcək və ümumi prosess 4 saatdan çox çəkəcək.

Bu barədə daha geniş