Bakı dumanı təyyarə uçuşlarına əngəl yaratmayıb

Image caption Rusiya paytaxtında yaşanan qarlı-küləkli hava şəraitinə baxmayaraq, AZAL-ın Moskva reysləri təxirəsalınmayıb

Bazar ertəsi Bakıda və Abşeron yarımadasını bürüyən dumanlı havanın günün ikinci yarısı çəkiləcəyi gözlənir.

BBC Azərbaycancaya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Gülşad Məmmədova gün ərzində havanın temperaturunun 7-11 dərəcə arasında dəyişəcəyini bildirir.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Məmmədova dumanın yaranmasına səbəb bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü olub.

Ancaq Bakının dumanı hava uçuşlarına təsir etməyib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat katibi Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib ki, Bakı hava limanının iş cədvəlində hər hansı bir problem yaranmayıb: "Dumanlı hava şəraitində də təyyarələri qəbul edə bilirik. Bütün uçuşlar cədvəl üzrdə davam etdirilir".

Paşa Kəsəmənski bildirib ki, Moskvada yaşanan qarlı-küləkli hava şəraitinə baxmayaraq, Rusiya paytaxtına olan uçuşlarda da təxirəsalma yoxdur: "Yalnız bir reysimiz Moskvadan bir saat gecikmə ilə qayıdıb".

Moskva aeroportları hava şəratinə görə 200-ə yaxın uçuşu təxirə salıb, 20-dən çoxu ləğv edilib.

Bakıdan Moskvaya gün ərzində iki uçuş olur, Paşa Kəsəmənski bildirib.

Bu barədə daha geniş