Sabirabad pambıqçılarının çətinlikləri
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Pambıq sərfəlidir, yaxşı yerin və suyun olsa..."

Mütəxəssis çatışmazlığı, suvarma və texnika problemləri pambıqçılıqla məşğul olan Sabirabad fermerlərinin əsas problemləridir.

Bu sahəni davam etdirmək istəyən də var, uzaqlaşmaq istəyən də.

Sovet dövründə çox inkişaf etmiş pambıqçılıq müstəqillikdən sonra tənəzzülə uğrayıb.

Artıq iki ildir ki Azərbaycanda yenidən pambıqçılığa maraq göstərilməyə başlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən çox pambıq təhvil verən rayon Sabirabad olub.

Bu rayonun fermerləri deyirlər ki, əvvəl bu bölgədə əsasən taxıl və bostan tərəvəzləri əkilib. İndi isə onlar pambıq əkməyə təşviq edilir.

Amma bu o qədər də asan deyil. Millət vəkili Vahid Əhmədov problemlərin olduğunu qəbul etsə də, pambığın inkişafına diqqətin artdığını deyir.