ATƏT-in Minsk qrupu Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcərə baş çəkib

ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri Fotonun müəllifi President.az
Image caption ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, oktyabr, 2017 Foto-Arxiv

ATƏT-in Minsk Qrupunun həmsədrləri son illərdə Azərbaycan və Ermənistan təmas xəttində insan itkisi ilə bağlı dərin narahatlıq ifadə ediblər.

Həmsədrlər Cenevrədə razılaşdırıldığı kimi, gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa və tərəfləri atəşkəsə hörmət etməyə çağırıb.

Həmsədrlər Igor Popov, Stephane Visconti, Andrew Schofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyevlə, fgevralın 9-da isə Ermənistan prezidenti Serj Sarkisiyanla görüşüb.

Həmçinin oxu:

Görüşdən sonra bəyanatla çıxış edən həmsədrlər hər iki paytaxtda müvafiq Xarici İşlər Nazirləri ilə məsləhətləşmələr apardıqlarını bildiriblər.

Həmsədrlər də de-fakto hakimiyyət orqanları ilə görüşmək üçün 9-11 fevralda Dağlıq Qarabağa səfər edib, Zəngilan, Qubadlı, Ağdam, Laçın, və Kəlbəcər rayonlarının xüsusi yerlərini ziyarət etdiklərini qeyd edirlər.

Həmsədrlər bəyanatda tərəfləri təhrikedici bəyanlarından və təxribatçı hərəkətlərdən çəkinməyə çağırıblar.

Həmsədrlər onu da qeyd ediblər ki, tərəflərin intensiv seçki dövründə danışıqlara davam etmək niyyətini müsbət qarşılayıblar.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulmasına dair xəbərlər verir.

Ötən ilin oktyabrında ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub.

Görüşdə tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar.

Bu barədə daha geniş