Bakıda Novruz yarmarkası: Bakı şəhər icra hakimiyyəti qiymətin bazardan ucuz olacağını vəd edir

bazar, qiymətlər, kənd təsərrüfatı, yarmarkalar Fotonun müəllifi Christopher Lee/Getty
Image caption Bakıda Novruz yarmarkası: Bakı şəhər icra hakimiyyəti qiymətin bazardan ucuz olacağını vəd edir

Martın 2-dən Bakıda Novruz bayramına görə kənd təsərrüfatı yarmarkaları təşkil olunacaq.

Artıq şəhərin bir neçə yerində "Gənclik", "Nərimanov", "28 may", "İnşaatçılar" və "Koroğlu" metro stansiyalarının yaxınlığında belə çadırlar quraşdırılıb.

Bu barədə BBC Azərbaycancaya məlumatı Bakı şəhər icra hakimiyyətinin xidmət və ticarət departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov verib.

Fotonun müəllifi TOBIAS SCHWARZ/GETTY
Image caption Novruz yarmarkasında nə ucuz olacaq?

"Yarmarkaların təşkil olunmasının səbəbi odur ki, Bakının hər yerində hərə bir bazar açmasın, küçə ticarəti məhdudlaşsın, anti-sanitariya olmasın və vahid qiymətlər tətbiq edilsin", - Əlabbas Bağırov deyir.

Qurum rəsmisinin sözlərinə görə, müxtəlif yerlərdə təşkil olunan pərakəndə satışa nəzarəti həyata keçirmək çətin olur, amma bayram yarmarkalarında departament işçiləri qiymətləri nəzarətdə saxlaya bilirlər.

O əmin edir ki, bu il paytaxt sakinləri yarmarkalarda qiymətlərin ənənəvi bazardakından fərqlənməsinə, məhsulların daha ucuz qiymətə satılmasına şahid olacaqlar.

Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi bildirib ki, "yarmarkalar Bakının rayonlarını əhatə edən 11 rayonun ərazisində qurulacaq və mart ayının 25-nə kimi davam edəcək".

Əlabbas Bağırov onu da qeyd edib ki, bu il məhsulların çeşidləri çox olacaq və kənd rayonlarından Bakıya təzə məhsullar gətiriləcək.

Bu barədə daha geniş