Azərbaycan: Bir ailənin 6 üzvü "dəm qazından boğulub"

BAŞ PROKURORLUQ Fotonun müəllifi BAŞ PROKURORLUQ

Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq öldüyü iddia edilir.

Baş Prokurorluğun yaydığı məlumata görə, hadisə martın 4-də Sumqayıt şəhərində binanın zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə baş verib.

Həlak olanlar 57 yaşlı Rafiq Hüseynov, 53 yaşlı Yeganə Hüseynova, 31 yaşlı Sara Hüseynova və 6-9 yaşlarında üç azyaşlı uşaqdır.

Prokurorluq bildirir ki, meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri ehtimalı var.

Bu səbəbə görə faktla bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, istintaq gedir, Baş Prokurorluq bildirir.

Ailəni tanıyanlar BBC Azərbaycancaya bildiriblər ki, həlak olanlar baba-nənə, onların qızları və nəvələridir.

Martın 2-də isə hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru 60 yaşlı Əyyub Kərimov dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə daha geniş