Azərbaycanda antiterror əməliyyatı: Xaçmazda iki nəfər öldürülüb

antiterror Fotonun müəllifi DTX

"Xaçmaz camaatı" adı altında yaradılan dini ekstremist qrup terror-təxribat əməllərinə hazırlaşırmış", Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-nin ictimai əlaqələr şöbəsindən BBC Azərbaycancaya bildirilib ki, Xaçmazda fəaliyyət göstərən "dini qrupun paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib".

Martın 6-da qrupun üzvlərindən olduğu deyilən Sabir Məmmədov və Tərlan Səlimova "tabe olmaq əmri verilsə də, onlar qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər", DTX məlumat verib.

Açıqlamada deyilir ki, "əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Sabir Məmmədov və Tərlan Səlimov öldürülüb".

DTX "Xaçmaz camaatı" qrupunun "beynəlxalq terror təşkilatının tabeçiliyində olduğunu" iddia edib.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb, məlumatda deyilir.

DTX əlavə edir ki, hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

"Xaçmaz camaatı" qrupunun hansı beynəlxalq terror təşkilatının tabeçiliyində olması, bunu təsdiqləyən sübutlar və qrupun "terror planı" barədə detallar ictimaiyyətə hələ açıqlanmayıb.

Bu barədə daha geniş