Milli Şura və Müsavat Partiyasının birgə etiraz nümayişi başa çatıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bakının Yasamal rayonunda "Məhsul" stadionunda keçirilən nümayiş Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb

Şənbə günü Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə etiraz nümayişi keçirib. Bakının Yasamal rayonunda "Məhsul" stadionunda keçirilən nümayiş Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Etiraz nümayişinin keçirilməsi Azərbaycanda bu ilin payızında keçiriləcəyi gözlənilən prezident seçkisinin 11 aprelə təyin olunmasından sonra qərarlaşdırılıb.

Seçkinin erkən keçirilməsi qərarı isə ölkə prezidenti İlham Əliyev tərəfindən verilib.

Müxbirimiz bildirir ki, əvvəllər keçirilən nümayişlərdən fərqli olaraq bu nümayişdə polislər nümayişə gətirlən şüarlara nəzarət edir.


Həmçinin oxuyun:


Nümayişi müşahidə edən BBC Rusca xidmətinin müxbiri Məhərrəm Zeynalov deyir ki, ötən etiraz nümayişlərinə nisbətən hazırkı nümayişdə az şüar var.

Şüarlarda əsasən "siyasi məhbuslara" azadlıq tələb edilir. Digər şüar isə "Məni tutma manatı tut"-dur.

Müxbirimizin sözlərinə görə, bu nümayişdə polislər nümayişə gətirlən şüarlara nəzarət edir.

"Əvvəllər polislər nümayiş iştirakçılarının arasında gəzib nəzarət aparmırdılar. Amma indi edirlər", o deyir.

Müxbirimiz əlavə edir ki, etiraz nümayişinin baş tutduğu stadionda internetin sürəti çox aşağıdır.

Jurnalistlər və nümayişçilər foto və video göndərmək üçün stadiondan kənara çıxmaq məcburiyyətindədirlər.

Hakimiyyət erkən seçki qərarını, o cümlədən ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edib.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkinin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edəcəyini bildirir.

Cümə günü Bakı şəhər Baş Polis İdarəsi nümayişlə bağlı xəbərdarlıq edərək "hər hansı bir təxribata imkan verilməyəcəyini" deyib.

Qurum nümayiş zamanı "Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə imkan verilməyəcəyini" də bildirib, APA yazır.

Bu barədə daha geniş