Azərbaycan prezident seçkisi: Daha 3 nəfərin namizədliyi qeydə alınıb

Mərkəzi Seçki Komissiyası Fotonun müəllifi MSK.GOV.AZ

Azərbaycandada aprelin 11-nə təyin edilmiş erkən prezident seçkisinə daha 3 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.

MSK-dan BBC Azərbaycancaya verilən məlumata görə, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupundan" Razi Nurullayevin namizədliyi qeydə alınıb.

Beləliklə təsdiqlənən namizədlərin sayı 7-ə çatıb.


Həmçinin oxuyun:


Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Bu barədə ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Hakimiyyət erkən seçki qərarını, o cümlədən ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edib.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkilərin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edəcəyini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş