Hava proqnozu: "Yağış, duman, qar..."

Baki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, Bakıda, o cümlədən bəzi bölgələrdə yağış yağacaq, duman olacaq, dağlara qar düşəcək.

Martın 13 və 14-də Azərbaycanda yağmurlu hava davam edəcək, departament bildirir.

Məlumata görə, çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış gözlənir. Mülayim şimal-şərq küləyi əsəcək.

Proqnozlara görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq,

Azərbaycanın bölgələrində hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Martın 13-də ayrı-ayrı yerlərdə duman olacaq, departament bildirir.

Havanın temperaturunun gecə 1-5, gündüz 7-12, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Çərşənbə günü isə ölkənin bəzi şimal və şərqi bölgələrində yağış yağacaq.

Bu barədə daha geniş