Azərbaycanda seçkilər: Birinci çıxışlarında prezidentliyə namizədlər nə təkliflər ediblər?

Namizədlər Fotonun müəllifi APA/BBC

Martın 19-da İctimai Televiziyada prezidentliyə namizədlərin ilk ödənişsiz efir çıxışları keçirilib. Lakin əksər müxalif qüvvələrin iştirak etmədiyi bu prosesdə səsləndirilən bu fikirlər nədən ibarət olub?

Namizədlər, onlara verilən qısa müddətdə hansı konkret təklifləri irəli sürüb və özü çıxış etməkdən imtina edən İlham Əliyevin təmsilçisi Əli Əhmədovun yeni təklifləri olubmu?

Bu suallara cavab vermək üçün sizə namizədlərin çıxışlarının qısa məzmununu təqdim edirik:

Image caption Zahid Oruc

Zahid Oruc (müstəqil namizəd)

  • Siyasi dialoqun yaranmasına çağırır. Lalə Şövkət, İsa Qəmbər, Etibar Məmmədov kimmi müxalifət liderlərini Heydər Əliyevin abidəsinə gedərək hörmət göstərməyə səsləyir.
  • İqtisadiyyatın şaxələndirilməsinin lazım olduğunu deyir.
  • Neft qiymətlərinin düşməsi və nəticədəki devalvasiyanın insanlara vurduğu maddi ziyanla mübarizə aparmağın lazım olduğunu vurğulayır.

Həmçinin oxuyun:


Fotonun müəllifi APA
Image caption Araz Əlizadə

Araz Əlizadə (Azərbaycan Sosial Demokrat Partiyası)

  • Azərbaycan Xalq Cəbhəsini tənqdir edir və sosial layihələrə ayrılan pulları dayandırmadığı üçün İlham Əliyevə təşəkkür edir.
  • Bəzi iş adamlarını rəqabətli olmamaqda təqsirləndirir, lakin kiçik və orta sahbarlara yardım göstərməyin lazım olduğunu deyir. Onlara 5-7 faizlə kredit verilməsini təklif edir.
  • Müxalifət liderlərinin uşaqlarının xaricdə yaşadıqlarını və bunun necə maliyyələşdiyini sual altına qoyur. Lakin "yüksək maaşı" olduqları üçün iqtidarda olan şəxslər və nazirlərin bu şikayətin hədəfi olmadığını vurğulayır.
  • Hakimiyyətdəki bəzi rəsmiləri prezidentə xəyanətdə təqsirləndirir.
Fotonun müəllifi APA
Image caption Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası)

  • Bir il ərzində kontitusiyanı dəyişdirərək Azərbaycanı parlamentli respublika modelinə keçirəcəyini vəd edir.
  • Seçkiləri majoritar sistemdən proposional sistemə keçirəcəyini və Milli Məclisdə yerlərin 125-dən 150-yə artıracağını deyir.
  • Vergiləri azaldacağını və sahibkarlara kömək edəcəyini deyir.
  • Regionlarda yeni istehsal və emal müəssisələrinin ən azı üç il müddətinə vergilərdən azad olunmalı olduğunu və bundan sonraki 5 il müddətində 50 faiz verginin onlara güzəştli nəzərdə tutulmalı olduğunu bildirir.
  • Dövlətdən az əmək haqqı alan şəxslər (müəllimlər, həkimlər və pensiyaçıların) üçün icbari dövlət siğortasının tətbiqini bir il ərzində yetirəcəyini vəd edir. Bu təbəqədən olan şəxslər və qəzalı mənzillərdə qalan 4,500 qaçqını və məcburi köçkünü bir il ərzində yeni mənzillərlə təmin edəcəyini bəyan edir.
Fotonun müəllifi APA
Image caption Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov İlham Əliyevin əvəzinə çıxış edib

Əli Əhmədov (Yeni Azərbaycan Partiyası - İlham Əliyevin səlahiyyətli nümayəndəsi)

  • Son 15 il ərzində iqtisadiyyatın böyüdüyünü, yüz minlərlə iş yerlərinin yaradıldığını, yoxsulluq səviyyəsinin 10 dəfə azalılaraq 5 faizə düşdüyünü deyir.
  • Hökumətin sosial layihələri gecikdirmədiyini deyir və prezidentin dövlət büdcəsindön maliyyələşən bütün təşkilatlarda işləyənlərin əməq haqqı və pensiyalarının 10 faiz artırıldığını qeyd edir.
  • Hökumətə qarşı iqtisadi tənqidləri təkzib edir.
Fotonun müəllifi APA
Image caption Razi Nurullayev

Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu)

  • Boykotla razı olmadığını bildirir.
  • Azərbaycanda sivil siyasət yaradacağını deyir və Bakıda Əbülfəz Elçibəyin heykəlini qoyacağını qeyd edir.
  • Hər ailəyə biznes yaratmaq üçün 10 min manat vəd edir.
  • Kredit və bank borclarının silinməsi üçün təkliflər verir.
  • 7 il ərzində hər bir gəncin öz evi olacağına söz verir
Fotonun müəllifi APA
Image caption Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyası)

  • İqtisadiyyatın inkişaf etməsini sual atlına qoyur və vəzifələrində 20-30 il qalan nazirlər, məmurlar və rəsmilərdən şikayətlənir. Nazirlərin korrupsiyası barədə yazan jurnalistlərin qorunmasını tələb edir.
  • Şəxsiləşdirilmiş müəssisələrinin əvvəlki qədər iş yerləri yaratmadığını iddia edir.
  • Digər namizədlərin müxalif partiyaları və liderləri tənqid etməsini qınayır.
Fotonun müəllifi APA
Image caption Fərəc Quliyev

Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyası)

  • Azərbaycan iqtisadiyyatınn neftən asılılığını azaltmağın lazım olduğunu, bununla bağlı prezidentlə razı olduğunu deyir. Hökumətin rəsmi strateji yol xəritəsinin "yaxşı" olduğunu bildirir. Bəzi nazirlərin planlaşdırılmış islahatları düzgün həyata keçirmədiyini deyir.
  • "Avanturist layihələr" üçün kredit götürən şirkətlər və şəxslərdən bu pulların geri götürülməsini tələb edir.
  • Tarif Şurasının qiymətləri qaldırmaq qərarlarından şikayətlənir.
  • Kommunal sektora verilən xərclərin özəl şirkətlərə verilməsini təklif edir.
Fotonun müəllifi APA
Image caption Hafiz Hacıyev

Hafiz Hacıyev (Müasir Müsavat Partiyası)

  • Müxalifətin seçkini boykot etməsini qəbul etmir, lakin bununla yanaşı təkliflər irəli sürmür.
  • Adlarını çəkmədiyi bəzi nazirləri vəzifələrini yerinə yetirməməkdə təqsirləndirir.
  • İqtisadiyyatın inkişaf etdiyini deyir və bununla bağlı tənqidi mövqeylərin yalnış olduğunu bildirir.
  • Dövlət başçısına kömək etməyin lazım olduğunu vurğulayır.

Bu barədə daha geniş