Bu gün Azərbaycan İranla birgə avtomobil istehsal edən zavodu istifadəyə verir

İran, Həsən Ruhani, İran avtomobil zavodu, AzKhodro, Nefçala Sənaye parkı Fotonun müəllifi azertag.az
Image caption İran prezidenti Həsən Ruhani Azərbaycana iki günlük rəsmi səfərə gəlib

Bakıda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani deyib ki, Azərbaycan İran birgə avtomobil istehsalı zavodu "iki ölkənin birgə iradəsinin nəticəsidir".

Azərtacın məlumatına görə, təməli 2017-ci ilin avqustunda qoyulan zavodun maya dəyəri dəyəri 15 milyon ABŞ dollarıdır.

İstehsal gücü ildə 10 min avtomobil olacaq zavodda 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılıb.

Birgə avtomobil zavodunda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.

Hələki istehsal yerli bazar üçün nəzərdə tutulub, amma xarici bazara çıxarılması da nəzərdən keçirilir, Azərtac dövlət agentliyi yazıb.

Azərbaycan prezidenti İlham Əliyev İranla energetika, nəqliyyat, iqtisadiyyat, turizm, səhiyyə, mədəniyyət sahələrində imzalanan sənədləri "tarixi əhəmiyyətli" adandırıb. O əlavə edib ki, hərbi-texniki sahədə də "əməkdaşlıqlarını gücləndirirlər".

Fotonun müəllifi azertag.az
Image caption Prezidentlər Nefçala Sənaye Parkında İran Azərbaycan birgə avtomobil zavodunun açılışını edəcək

Azərtac xəbər verir ki, prezidentlər keçirdikləri mətbuat konfransında iki ölkə arasında əlaqələrin getdikcə inkişaf etdiyini vurğulayıblar.

İlham Əliyev bildirib ki, Astara-Rəşt dəmir yolunun tikintisi İran Azərbaycan nəqliyyat əlaqələrini güçləndirəcək. "Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq", deyə prezident əlavə edib.

İran prezidentinin rəsmi səfəri çərçivəsində hər iki ölkənin rəsmiləri arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumu imzalanıb. İlham Əliyev xatırladıb ki, artıq iki həftədir, İran vətəndaşlarına vizalar beynəlxalq aeroportlarda verilməyə başlayıb, bu, İranla turizm imkanlarını artıracaq, o deyib.

İran prezidenti Həsən Ruhani isə nəqliyyat sahəsində olan əməkdaşlığın Qafqaz, Rusiya, Mərkəzi Asiya bölgələrinin imkanlarını genişləndirəcəyini vurğulayıb.

İran prezidenti vurğulayıb ki, iki ölkə arasında qarşıda duran əsas məsələlərdən biri banklar arasında əməkdaşlıqdır. Onun sözlərinə görə, bankçılıq sahəsində əməkdaşlığın artırılması üçün hər iki ölkənin müvafiq komissiyasına tapşırıq verilib.

Bu barədə daha geniş