Sosial şəbəkələr qadınlara biznes qurmağa necə yardım edir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Sosial şəbəkələrdə biznes quran Azərbaycan qadınları: "Öz pulum olur, öz gəlirim olur, motivasiyam qalxır"

"Qadının işi olanda özünü daha rahat hiss edir. Öz pulum olur, öz gəlirim olur, motivasiyam qalxır. Özümü daha yüksək qiymətləndirirəm ki, bunu mən bacarıram", işlərini sosial şəbəkələr vasitəsilə satışa çıxaran Mətanət Hüseynova BBC Azərbaycancaya deyir.

46 yaşlı Hüseynova evdə hazırladığı şirniyyatları, toxuculuq məhsullarını Instagramda satır.

İxtisasca psixoloq olan 32 yaşlı Ruhəngiz Əhmədova uşaqar üçün daha təhlükəsiz oyuncaqlar hazırlayır.

26 yaşlı Şəfiqə Bağırova isə 4 ildir sırğalar və saç aksessuaları düzəldərək sosial şəbəkələrdəki səhifələrində satır.

BBC Azərbaycancaya öz işlərindən danışan xanımlar deyirlər ki, bacarığı olan kəs seçdiyi yolda irəliləməkdən qorxmamalıdır.