MSK : İlham Əliyev 86,03 % səs toplayaraq qalib gəlib

seçkilər 2018, prezident kim oldu, yeni prezident, İlhamƏliyev, neçə faiz səs yığıb Fotonun müəllifi AZERTAG
Image caption İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan edib: İlham Əliyev 86,03 % səs çoxluğu ilə qalib gəlib.

Bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

5641 seçki məntəqəsindən gələn səslərin hamısı hesablanıb.

Digər namizədlər - Araz Əlizadə 1,38 %, Hafiz Hacıyev 1,52 %, Qüdrət Həsənquliyev 3,02 %, Fərəc Quliyev 1,17 %, Sərdar Məmmədov 3,03 %, Razi Nurullayev 0,74 %, Zahid Oruc 3,11 % səs toplayıblar.

Prezident seçkiləri aprelin 11-də, çərşənbə günü keçirilib.

Dünən seçkilər günü BBC Azərbaycanca canlı səhifə yayımlayıb.

Bu barədə daha geniş