Bakı: Keçmiş "Trump Tower"-də yanğın söndürülüb

Yanğın ərazisi Fotonun müəllifi APA
Image caption Yanğının 3 saat davam etdiyi bildirilir

Fövqəladə Hallar Nazirliyi Nəsimi rayonunda yerləşən binanın bir neçə yuxarı mərtəbəsində baş vermiş yanğının söndürüldüyünü bildirir.

"Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülmüşdür", - nazirliyin yaydığı məlumatda deyilir.

Fövqəladə hallar nazirinin müavini yanğının 3 saatdan artıq davam etdiyini bildirib.

Fotonun müəllifi APA
Image caption Yanğın binanın yuxarı mərtəbələrini əhatə edib.

Etibar Mirzəyev xəsarət alan olmadığını deyib.

"Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb", - rəsminin sözləri APA agentliyində iqtibas olunur.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Fotonun müəllifi APA

Yanan bina əvvəllər Trump Hotel kimi tikilib.

Daha sonra Trump-ın adı bu binadan götürülüb.

Fotonun müəllifi APA
Image caption Yanğın baş verən əraziyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlib, APA xəbər agentliyi yazır.

Əlaqəli mövzular

Bu barədə daha geniş