Respublika Narkoloji Mərkəzdəki yanğın: Yeni həbslər var

narkoloji mərkəzdə yanğın Fotonun müəllifi AZERTAG.A
Image caption İlkin ehtimallara görə, yanğına elektrik şəbəkəsində yaranmış nasazlıq səbəb olub

Martın 2-də 25 adamın öldüyü Respublika Narkoloji Mərkəzindəki yanğına görə rəhbər şəxslər həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumata görə, mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Mətbuat xidmətindən bildirilib ki, onlar Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma (zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli biliniblər.

Fotonun müəllifi APA
Image caption Martın 2-də Respublika Narkoloji Mərkəzində 25 nəfər ölüb

Baş Prokurorluq bidirir ki, Bakının Nəsimi rayon məhkəməsinin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Adı çəkilən şəxslərin onlara qarşı irəli sürülən ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Səhiyyə Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, "prokurorluq araşdırma aparıb və bu qənaətə gəlib".

İki ay əvvəl Respublika Narkoloji Mərkəzin taxta konstruksiyalı korpusunda baş vermis yanğın nəticəsində 55 pasiyentdən yalnız 30-u xilas edilmiş, 25-i həlak olmuşdu.

Fotonun müəllifi TOFIK BABAYEV/GETTY İMAGES
Image caption Daxili İşlər Nazirliyi yanğının qəsdən törədildiyini bildirib

Rəsmi orqanlar yanğının başvermə səbəbi kimi ilkin olaraq, elektrik naqillərində qısaqapanmanı göstərsələr də, sonradan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirmişdi ki, yanğın qəsdən törədilib.

Nazirlik bildirmişdi ki, yanğın mərkəzdə müalicə alan xəstə tərəfindən intihar etmək məqsədilə törədilib.

Bu səbəblə Bakı şəhər sakini Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində həbs olunub.

Bu barədə daha geniş