8 ilə tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub

Ələt dəniz limanı, İlham Əliyev, prezident, Şahin Mustafayev, Cavid Qurbanov Fotonun müəllifi PRESIDENT.AZ
Image caption İlham Əliyev Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılışını edib

Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub.

8 ilə hazır olan kompleksin tikintisi barədə sərəncamı isə prezident İlham Əliyev 2007-ci ildə imzalayıb.

Bazar ertəsi Kompleksin açılışını edən cənab Əliyev yanvar ayında Ro-Ro terminalının, 2014-cü ildə isə ilk bərə terminalının açılışlarında da iştirak edib.

Kompleksdə nələr var?

President.az saytı yazır ki, limanın Ələtdə yerləşməsi dəniz nəqliyyatından gələn yüklərin birbaşa avtomobil və dəmiryolu nəqliyyatı ilə birləşməsinə şərait yaradır.

Fotonun müəllifi PRESIDENT.AZ
Image caption Limanın sərnişinlər üçün beynəlxalq terminalının layihələndirilməsi işləri gedir

Rəsmi məlumata görə, limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir.

Limanda xidməti donanma gəmiləri üçün də şərait yaradıldığı deyilir, bura eyni zamanda 11 gəmi yan ala bilər.

Hazırda sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi işləri aparılır.

Kompleksi hansı şirkət tikib?

Limanın layihəsi tender əsasında Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanıb. Kompleksin tikintisi isə yerli şirkət olan "Evrascon" ASC (Avro-Asiya İnşaat Korporasiyası ) tərəfindən icra edilib.

Kompleksin Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün yükcəmləyici məntəqə olacağı planlaşdırılıb.

Gələcəkdə limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur.

Bu barədə daha geniş