Avropanın ən homofob ölkəsində - Azərbaycanda gey olmaq necədir?

18+

Eynicinslilərin münasibəti, LGBT simvolu Fotonun müəllifi Getty Images

Azərbaycan lezbiyanların, geylərin, biseksualların və transseksualların hüquqlarının müdafiə olunması səviyyəsinə görə yenə də 49 Avropa ölkəsi sıralamasında sonuncu yerdə olub.

Siyahını tərtib edən ILGA-Europe təşkilatı (lezbiyanların, geylərin, biseksualların, transseksualların və interseksualların beynəlxalq assosiasiyası) problemlər arasında sığınacaq yerinin olmaması, nifrət dili, ailədə problemlər, ayrıseçkilik və LGBT hüquqlarını müdafiə edən qanunların yoxluğunu qeyd edib. İndeks tərtibatçılarının versiyasına görə, Avropanın ən homofob ölkəsində geylərin necə yaşaması barədə BBC-yə LGBT nümayəndələri özləri danışıblar.

Həyatları barədə söhbət etdiyim geylərin çoxu söhbəti istənilən halda intihara gətirib çıxarırlar. Məsələn, Andrey (onun və digər qəhrəmanların adı onların təhlükəsizliyi üçün dəyişdirilib) - hündür, yaraşıqlı oğlandır, idmançıdır.

Mən onunla Bakının mərkəzində Mcdonalds-da görüşdüm.

Çox da zərif olmayan xarici görünüşü barədə danışan Andrey qürurla qeyd edir: "Görürsən, heç deməzsən ki mən geyəm". O, "qadınsayağı" geyləri sevmir. Lakin onun sözlərinə görə, bu o, homofob olduğuna görə deyil, ona görədir ki, onlar öz jestləri, ünsiyyət tərzləri və səs tembrilə ətrafdakıların diqqətini cəlb edərək "başqalarını güdaza verirlər".

Andrey vəziyyətinin tipik olmadığını, sakit həyatının (o, cinsi orientasiyasından şübhələnməyin kimsənin ağlına gəlməyəcəyini deyir) olduğunu, valideynlərinin isə onun gey olduğunu bildiklərini və çoxdan bunu qəbul etdiklərini deyir.

Onun sözlərinə görə, hal-hazırda onun işləri yaxşıdır. Amma 14 yaşı olan zaman o özünü belə qəbul edə bilməyəcəyinə görə içib sərxoş olduqdan sonra intihar etməyə cəhd göstərib.

ABŞ-da xəstəliklərin müalicəsi və nəzarəti üzrə mərkəzin ötənilki araşdırmasına əsasən, hər dörd amerikalı LGBT yeniyetmədən biri intihar etməyə cəhd göstərib. Bu cür araşdırmalar Avropada da var. Belə ki, Ghent Universitetinin intiharın ekspertizası və qarşısının alınması Flamand mərkəzi müəyyən edib ki, geylərin 22%-i, transseksualların 39%-i heç olmasa bir dəfə intihara cəhd edirlər. Və bu göstəricilər gözlənildiyindən kifayət qədər yüksək olub.

Azərbaycanda belə araşdırmalar yoxdur. Lakin KİV və tanışlar vasitəsilə hansısa geyin və lezbiyanın intihar etməsi barədə hadisəni eşitmək olar. Bəlkə də, ən çox səs-küy yaradan hadisə isə 4 il əvvəl, LGBT hüquqlarının müdafiə edən gənclər təşkilatının lideri İsa Şahmarlının ölümü olub.

"Belə olmayanların" çoxu, öz orientasiyalarını bilən zaman özlərini qəbul edə bilmirlər",-deyə 19 yaşlı gey Vahid deyir. Onlar soruşurlar: "Niyə mən?" Bu sualı özünə verənlər çoxdur və onların çoxu hətta 18 yaşına çatmamış belə intihar edirlər.

Vahidin fikrincə, onun bəxti yalnız onda gətirib ki, intihar cəhdi baş tutmayıb. O, intihara cəhdi ailədəki problemlərlə, yaxınlarının onun haqqında həqiqəti biləcəkləri ilə əlaqələndirib.

"Mən bu günə qədər qorxu içində yaşayıram. Mənim atam sərtdir və əgər mən özümü "qadın kimi" aparsam o məni çox pis danlayacaq. Anam isə dindardır ".

Onun sözlərinə görə, o gey olduğunu etiraf etsə anası ondan imtina edə bilər. Vahidin yalnız bacısı onun barəsində həqiqəti bilir. Lakin bacısının da onun başa düşmədiyini və ailəni rüsvay edəcəyini deyir.

Ailədəki problemlər barədə ILGA-Europe təşkilatının adı çəkilən hesabatında da söhbət açılır. Bu təşkilat ölkənin yeganə nailiyyətinin - LGBT-əlaqəsini qadağan edən qanunun olmamasını qeyd edərək Azərbaycanın adını reytinq cədvəlində sonuncu yerdə qoyması ilk hadisə deyil. Bundan başqa Azərbaycanda hər şey çox pisdir.

Eyni anda gey və homofob olmaq

Digər problemlər arasında işdə və univeristetlərdəki ayrıseçkilik də var. Vahid tez-tez təhqirlə üzləşdiyinə görə, universitetdə öz jestlərinə diqqət göstərməyə çalışır. Kişi kimi doğulan, transseksual Aygül isə institutda qızlarla dostluq etsə də, onlardan heç biri ilə münasibət yaratmağa çalışmayıb və buna görə də ifşa edilib. Onun 26 yaşı var və onun yalnız bir sevgilisi olub. Onu incidənlərin çoxu bəzən homoseksual münasibətlərə girsələr də, özlərini homoseksual hesab etməyiblər. O, işsiz qalmaqdan qorxduğu üçün iş yerində daha sayıq olmağa çalışır.

Bakının mərkəzinin yaxınlığındakı yollardan birində artıq 20 ildir ki, homoseksual fahişəliklə məşğul olanlar toplaşır. Gecə saatlarında avtobus dayanacağında gənclərin qiymət barədə sövdələşmələrinə rast gəlmək olar. Bir dəfə mən belə bir dialoqun şahidi olmuşdum: "Bizdə nə qədərdir?" - "50 manat(29 dollar)" - "Hə, qızlara pulumuz çatmır, oğlanları götürürük".

"Gender və inkişaf" təşkilatının başçısı Kamran Rzayev qeyd edir ki, Azərbaycanda Qafqaz ənənələrinə görə eyni zamanda həm gey, həm də homofob olar bilərsən. Lakin bu yalnız o zaman mümkündür ki, sən tanınmış obrazla "kişi rolunu icra edə biləsən".

Bəlkə də, Bakıdakı bu münasibətə görə, gey-fahişəlik belə inkişaf edib. Ötən ilin sentyabr və oktyabr aylarında Azərbaycanda həyata keçirilən polis reydləri əsasən bu biznesdə fəaliyyət göstərənlərə yönəldilmişdi. Hüquq müdafiəçilərinin sözlərinə görə, həmin vaxt yollardan və gecə klublarından onlarla insan saxlanılmışdı.

"Ətrafdakılara hörmətsizlik"

Həddən artq arıq olan 19 yaşlı Меhdi öz hekayəsini danışan zaman tez-tez boğulur. Anası vəfat etdikdən sonra 12 yaşlı Mehdi atası onun gey olduğunu bildikdən sonra onunla dalaşıb. O, məktəbə getməyərək fahişəliklə məşğul olmağa başlayıb. Mehdi hekayəsini danışan zaman boğulur və ara verir. Çünki bronxial astmanın iki növünün daşıyıcısı olan Mehdi ikinci qrup əlildir.

"Oktyabrda küçədə yaxaladılar və polis bölməsinə apardılar. Orada döşəməyə atdılar, döydülər, təpik vurdular. İki gün kamerada saxladılar, sonra məhkəməyə apardılar. Məhkəmədə mən köynəyimi soyundum və onlara necə cılız olduğumu göstərdim".

Mehdinin sözlərinə görə, ona təqdim edilən vəkil dərhal onu qətiyyətlə müdafiə edə bilməyəcəyini söyləyib və buna görə də Mehdi ondan imtina edib. Fahişəliyə görə, 20 gün cəza alan Mehdi istintaq təcridxanasına göndərilib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Azərbaycanda transseksualın həyatı

Burada, digər məhbuslardan fərqli olaraq ona yemək gətirilməsinə qadağa qoyulmuşdu. Onun sözlərinə görə, oranın yeməklər iyrənc idi. Kameradakı 4 çarpayıda 17 nəfər yerləşmişdi, qapısı olmayan ayaqyolundan isə daima üfunət iyi gəlirdi. Davamlı olaraq başqa mərtəbəyə çağrılan Mehdinin sözlərinə görə onu orada yenə də döyürdülər.

Azərbaycanın Penitensiar xidmətindən BBC-yə bildirilib ki, əgər ziyan çəkənlərin adı və soyadı təqdim olunarsa, onlar mühafizəçilər tərəfindən zorakılıq faktlarının olub-olmadığını aydınlaşdırmağa hazırdırlar.

Ümumilikdə, məhbuslara qarşı zorakılıq hallarının olub-olmaması barədə sualı mətbuat xidməti "Penitensiar xidmətə aid olan hansısa müəssisədə belə hallar yoxdur" deyə cavablandırıb.

Bu vəziyyətlə tanış olan hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, zərərçəkənlərdən heç biri təqibdən qorxduqlarına görə, polisə və prokurorluğa müraciət etməyib.

Ötən ilin oktyabr ayında Baş Prokurorluq DİN-lə birgə zərərçəkənlərin bütün ittihamlarını təkzib edən bəyanat verib. "Onlar jurnalistlərə bu işi araşdırmağın yersiz olduğunu bildirmişdilər. Buna görə də, ziyan çəkənlər polisə müraciət etməyin mənasız olduğunu düşündülər", - deyə Rəhimli BBC-yə bildirib. Onun sözlərinə görə, zərərçəkənlərin vəkilləri onların alçaldılması və döyülməsi barədə məhkəməyə müraciət ediblər. Lakin hakimlər bu müraciəti rədd edərək, araşdırılması üçün prokurorluğa göndəriblər. "Lakin prokurorluq da bu işi araşdırmayıb", o deyir.

Mehdi polisin keçirdiyi reydlərin qurbanı olan onlarla gey və transseksualdan yalnız biridir.

Ötən il, zorakılıq ittihamları barədə suala cavab verən DİN-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidov məqsədin cinsi azlıqların hədəfə alınması olmadığını bildirmişdi.

"Kim bunu gizli, məxfi şəkildə edirsə, onun şəxsi həyatına kimsə etiraz etmir. Polisin onlarla işi yoxdur. Kimin ki, davranışı nümayişkaranədir və ətrafdakıların qəzəbinə və şikayətinə səbəb olur, polis onlarla mübarizə aparır".

Zahidovun sözlərinə görə, reydlərə yerli sakinlərin şikayətləri və LGBT nümayəndələri tərəfindən "ətrafdakılara hörmətsizliklər" səbəb olub, saxlanılardan çoxu isə "ətrafdakıların sağlamlığı üçün təhlükə" yaradırmış. DİN-nin mətbuat katibinin dediyinə görə, polis LGBT nümayəndələrinin bəzilərini Respublika QİÇS-lə mübarizə mərkəzinə göndərib. Onlardan beşində QİÇS və sifilis, birində isə yalnız QİÇS virusu aşkarlanıb.

Lakin o zaman nə QİÇS-lə mübarizə mərkəzi, nə də Azərbaycan Səhiyyə Nazirliyi bu məlumat barədə BBC-yə şərh verməmişdi.

Müdafiə hüququ olmadan

ILGA-Europe təşkilatının hesabatında deyilir ki, Azərbaycanda LGBT nümayəndələrinin hüquqlarını müdafiə edən heç bir qanun yoxdur və söhbət yalnız polis reydlərindən getmir.

28 yaşlı LGBT- fəalı Vadim iki il əvvəl bunu özündə, binanın girişində qarət olunan zaman hiss edib. Polis məntəqəsinə müraciət edən zaman məlum olub ki, oradakılar onun gey olduğunu artıq bilirmişlər. Onu şikayətini geri götürməyə məcbur ediblər. Vadim bundan imtina edəndə, onu gecə polis məntəqəsində saxlayaraq valideynlərinə onun gey olduğunu deməklə hədələyiblər. Yenidən imtina edən Vadimin anasını məntəqəyə çağıraraq onun digər kişilərlə olan şəkillərini ona göstəriblər. Vadim deyir ki, şəkillərin guya quraşdırma olduğuna anasını çətinliklə inandırmağa nail olub.

"Ona görə idi ki, mən univeristetdə LGBT hüquqları barədə təhqiqat aparırdım və anam bunu bilirdi ", - o danışır.

Hələ bir neçə il əvvəl Vadim kimi həyat hekayəsi olan insanları tapmaq çox çətin idi. Azərbaycandakı LGBT cəmiyyəti təkcə jurnalistlərə deyil, onların cinsi orientasiyası barədə məlumatlı olanlara inanmırdılar. Onlardan birini isə şəxsən görüşməyə razı salmaq daha da çətin idi. Mən birinci dəfə bu görüşə nail olanda, həmsöhbətim izah etdi ki, onları adətən qarət etməyə və döyməyə görə görüşə çağırırlar, çünki bilirlər ki polis cinayət işi qaldırmayacaq.

Lakin indi, həmin polis reydlərindən sonra vəziyyət deyəsən dəyişir. Məqalə üçün bir qəhrəman tapmaq lazım idi, bir-birinə bənzəyən hekayələri ilə neçəsi ortaya çıxır. Bütün hekayələrdə də zorakılıq, anlaşılmazlıq və nifrət var.

Lakin istisna hallar da var. 38 yaşlı Aida 24 yaşında olarkən evi tərk edib, biznesdə uğur qazanıb və sevdiyi qadınla yaşayır. Əvvəllər ona nifrət edən qohumları indi onu öz uşaqlarına nümunə göstərirlər.

"İndi imkanlar və LGBT təşkilatı da var. Mənim vaxtımda mənə çətin idi və bəlkə də buna görə motivasiyam çox idi. Mən düşünürəm ki, tolerantlıq var. Əgər insan yaxşı işçidirsə və kollektivin normal üzvüdürsə, zamanla yatağa münasibət də azalır".

Hazırda onun 7 ildir fəaliyyət göstərən pub-ı var. Aida deyir ki, valideynləri, qohumları, dostları və müştəriləri onun orientasiyası barədə bilirlər.

"Bu gün mən kiçik sahibkarlıq dünyasında mənə həm kişilərin, həm də qadınların hörmət etməsindən çox məmnunam".

Bu barədə daha geniş