Toğrul Nərimanbəyov vəfat edib

  • 8 İyun 2013
Bakı

Rəssamın qızı Əsmər Nərimanbəyova iyunun 2-də Parisdə vəfat etmiş 83 yaşlı atasının ölümü barədə ötən gün xəbər tutduğunu bildirib, ANS bildirir.

SSRİ və Azərbaycan Xalq Rəssamı olan Toğrul Nərimanbəyov ötən əsrin 50-ci illərində yaradıcılğına başlayaraq öz sənətilə Azərbaycan və onun hüdudları kənarında tanınmışdır.

Sənətkarın vəfatı ilə bağlı nekroloqda deyilir ki, onun yaradıcılığı “bənzərsiz lövhələr” formalaşdıraraq Azərbaycanın müasir təsviri sənətinin “simasını” təşkil edib.

“Toğrul Nərimanbəyovun yaradıcılığı neçə-neçə rəssamlar nəslinin bədii-estetik görüşünün təşəkkülünə öz təsirini göstərmişdir. Rəssamın zəngin irsi gənc rəssamlar üçün gözəl məktəb olmaqla onların peşəkarlığının formalaşmasında mühüm rol oynayıb”, - deyilir dövlət və hökumət xadimlərinin imzası ilə çıxan nekroloqda.