“Super” və “Premium” markalı yanacaqların qiyməti enir

Fotonun müəllifi AFP

Azərbaycanda Dövlət Neft Şirkəti “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətini endirib.

Bu, Tarif Şurasının yol vergisinin tətbiqinin əvəzinə Aİ-92 markalı benzin və dizelin qiymətlərini iki qəpik artırmasından sonra baş verib.

Şirkətin saytında bildirilib ki, dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar ARDNŞ “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətini iki qəpik azaldılıb.

Beləliklə, yanvarın 13-dən “Super” markalı yanacağın qiyməti 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə və “Premium” markalı yanacağın qiyməti isə 95 qəpikdən 93 qəpiyə enib.

Bu barədə daha geniş