İslandiya paytaxtında bütpərəstlərin ilk məbədi tikiləcək

Fotonun müəllifi wikimedia lenka kovarova

İslandiya bütpərəstləri paytaxt Reykyavikdə icmanın ilk məbədini tikməyə hazırlaşırlar, mətbuat xəbər verir.

Xristianlıqdan öncə adada mövcud olan yerli Norse inancalarına söykənən Asatru hərəkatı bildirir ki, məbəd son 1 000 il ərzində ölkədə tikilən ilk bütpərəst ehramı olacaq.

İnşaat mart ayında məşhur Perlan binasının yerləşdiyi Oskjuhlid rayonunda başlamalıdır, Morgunbladid qəzeti bildirir.

Üzü günəşə baxan 350 kvadrat metr sahəli bina yerdən qalxan günbəz şəklində olacaq.

Memar Magnus Jensson-un layihəsi inşaatda istifadə edilən "qızıl bölgü" nisbətinə əsaslanmalıdır və binanın ölçülərində Asatru inanclarında müqəddəs sayılan 9 və 432,000 rəqəmləri istifadə olunacaq.

Reykjavik Şəhər Bələdiyyəsi sahəni ianə şəklində verib, ama Asatru Assosiasiyası inşaat işlərinə $975 000 vəsait cəlb etməlidir.

Təxminən 326,000 əhalisi olan İslandiayada 24,000 min adam Asatru davamçısıdır.

Dini icmanın rəhbəri Hilmar Orn Hilmarsson deyir ki, 250 adamlıq məbəddə nikah, ad vermə və yas mərasimləri keçiriləcək.

Material BBC Monitorinq Xidməti tərəfindən hazırlanıb.