Erməni qadın Daun sindromlu uşağı atmaq istəməyən ərindən boşanır

Fotonun müəllifi

Ermənistanda yaşayan Yeni zelandiyalı kişi və onun Daun Sindromundan əziyyət çələn körpə oğlu barədə ötən həftə Facebook şəbəkəsinin Trending siyahısında birinci olub.

Samuel Forrest Ermənistanda yaşayır, yoldaşı da ermənidir. Bir neçə həftə öncə onların oğlu doğulanda məlum olub ki, uşaqda Daun Sindromu var.

Atanın mediaya bildirdiyinə görə, bunu öyrənəndən sonra həyat yoldaşı Ruzan Badalyan ona ultimatum verib: ya uşaqdan imtina edirik, ya da boşanırıq.

"Burada belə bir uşaq doğulanda sənə deyirlər ki, onu saxlamaya da bilərsən", Forrest ABC News-a deyib və buna görə şok keçirdiyini bildirib.

Həm sosial media şəbəkələrində, həm də xəbərin altındakı şərhlərdə çoxu ananı və ya atanı dəstəkləmək arasında seçim edib. İlk olaraq, ananın qərarına irad tutanların sayı qat-qat çox olub:

"Adama ana olmaq nəsib olanda HEÇ BİR seçim yoxdur. Sən uşağına laqeyd olmusan, vəssalam", Patti Janssen yazıb.

"Bu sənin oğlundur!!! Onu sevməkdən ve onu dəstəkləməkden başqa qərar nə ola bilər! SENİN UŞAĞINDIR! Bu ata düzgün seçim etdi!!!" - Angela Burgette.

"Ata heç sual etmedi, düzgün addım nədir. Bu qadın bu gözel uşağa layiq deyil" - Chi-Gal bele düşünür.

Amma atanın "motivlerini" sual edenler de az olmayıb. İşsiz oluğunu bildiren Samuel Forrest uşağa baxmağın xərcləri üçün onlayn maliyyə kampaniyası aparıb və hədəfi 60 000 dollar yığmaq olsa da, 500 000 dollara yaxın məbləğ toplayıb.

"Hər bir adama borcu olduğu üçün 500 min verilir?" - bir şərhçi sual edib.

Atanın mövqeyini izah eden məqalələr mediada yayılandan sonra körpənin anası Ruzan Badalyan öz Facebook səhifəsində qərarını izah edib.

"Diaqnozdan sonra ağlıma ilk gələn o idi ki, uşağımın DS-dan [Daun Sindromu] əziyyət çəkən adamlar haqqında stereotiplerin hökm sürdüyü və imkanların olmadığı ölkədə yaşamasını istəmirəm", o yazıb.

Bəzi istifadəçilər ananı dəstəkləyərək onun uşaq üçün düzgün seçim etdiyini deyib. Amma bəziləri onun bu qərarını Ermənistanla əlaqələndirməsini tənqid edib:

"Erməni olmasını bəhanə kimi istifadə etmək axmaqlıqdır, aydındır ki, [Badalyan] "defektiv" uşağı istəmirdi", yazıb Peggy Woods.

Eyni zamanda bu xəbərin beynəlxalq medianın diqqətində olması bezi erməni istifadəçiləri qəzəbləndirib. "Bu xəbər beynəlxalq KİV-lərdə ... soyqırımın yüzilliyinin yaxınlaşmasından daha çox yer alıb", Ąlįna Bagumįan Facebook-da yazıb.

"Bu, erməniler üçün PİS təbliğatdır ... Bele şeylər ABŞ-da həmişə baş verir, amma mediada buna diqqət yetirilmir".