Məxfilik

Aşağıdakı qaydalar sizin barənizdə ixtiyarımızda olan informasiyadan istifadə hüdudlarını müəyyən edir.

1. Niyyət bəyanatı 2. Qonaqlar barədə məlumat 3. Cookie nədir? 4. Şəxsi məlumatların istifadəsi və saxlanması 5. Sizin barənizdə şəxsi məlumatın əldə edilməsi 6. 16 yaşlı və 16 yaşından kiçik olan istifadəçilər 7. Cookie-lərin axtarılması və idarə edilməsi 8. Saytlardan hansı "cookie"ləri işlədir? 9. Sizin "cookie" kodunuzu necə görmək olar

1. Niyyət bəyanatı

İnternet səhifəmizdəki xidmətləri qəbul və ya onlardan istifadə edə bilməniz üçün biz sizdən özünüz barədə informasiya (məsələn adınız və ya elektron ünvanınız barədə və s.) verməyinizi rica edəcəyik. Bu xidmətlərə bülletenlərin, müsabiqələr barədə elanların və "xəbər" siqnallarının göndərilməsi, canlı internet söhbətləri, mesaj lövhələri və bbc.co.uk -ə üzvlük daxildir

Göstərilmiş xanalarda özünüzə dair məlumatları yazmaqla siz BBC və onun xidmət provayderlərinin sizə məhz sizin seçdiyiniz xidmətləri göndərməsinə imkan yaradırsınız. Sizin şəxsi məlumatlarınızdan bu qaydalar əsasında istifadə olunacaq. Xidmətlərimiz sizə istədiyiniz xidmətlərin göstərilməsi üçün yaradılıb. Bu mənada BBC mövcud qanunvericilik aktlarına və ən qabaqcıl internet təcrübəsinə söykənir.

2. Saytımızın qonaqları barədə məlumat

bbc.co.uk saytına hər baş çəkdiyinizdə kompüterinizə yüklənən və "cookie" adlanan bəzi işarələr görəcəksiniz. Əksər internet saytları bunu faydalı iş üçün edir. "Cookie"-lər məsələn, internet istifadəçisi üçün bir çox faydalı işlər görür, məsələn, o bilir ki, bu istifadəçi və ya onun kompüteri səhifəyə əvvəllər də giribmi?

"Cookie"-lər tərəfindən alınan informasiya sizə daha yaxşı xidmət göstərməyimiz və istifadəçilərimiz barədə məlumata malik olmaqda kömək edir. Məsələn, deyək ki, sayta ilk səfərinizdə siz təhsil bölməsinə baxmısınızsa, "cookie" bunu bizə "xəbər" verə bilər və biz də sizin ikinci gəlişiniz üçün həmin bölməni qabarda bilərik.

RedSheriff - səhifəmizin istifadəçiləri barədə bizim xahişimizlə qeyri-şəxsi inforrmasiyaları qiymətləndirmə və araşdırılmasını aparan müstəqil tədqiqat şirkətidir. Şirkət bu məqsədlə səhifəmizə yerləşdirilmiş xüsusi kod və cookie-lərdən istifadə edir. İstər cookie-lər, istərsə də səhifəyə "əkilmiş" xüsusi kod bizim səhifəmizin istifadəçiləri barədə qeyri-şəxsi xarakterli informasiyaları toplayır. Bunlar səhifəmizə daxil olanların sayı, səhifələrə baxışın müddəti, istifadəçinin səhifəmizdən keçən cığırları (linkləri), statistik və digər ümumi məlumatlardır. BBC bu informasiyadan istifadə edərək öz müştərilərinə göstərilən xidməti təkmilləşdirir. Əgər siz "RedSheriff"-in "cookie"-sindən imtina etmək istəyirsinizsə, 7-ci bənddə göstərilmiş prosesdən istifadə edə bilərsiniz. Lakin əkilmiş kodu dayandırmaq istəyirsinizsə, birbaşa privacy@redsheriff.com ünvanına müraciət etməlisiniz. "RedSheriff"-in məxfilik bəyannaməsi barədə daha müfəssəl məlumatı aşağıdakı saytda tapa bilərsiniz: http://www.redsheriff.com/6.0.0.htm

3. Cookie nədir?

Siz internet saytına daxil olduqda kompüterinizə avtomatik olaraq "cookie"-lər çıxır. "Cookie"-lər - kompüterinizi bizim serverə tanıdan mətnlərdən ibarət fayllardır. Öz-özlüyündə "Cookie" fərdi istifadəçini deyil, istifadə edilən kompüteri müəyyən edir. Bir çox saytlar bunu istifadəçi həmin saytlara hər dəfə daxil olan zaman trafik axınını izləmək üçün edir. "Cookie" müəyyən saytın yalnız kompüterin daxil olduğu sahələrini qeydə alır. İstifadəçilər kompüterlərini bütün cookie-ləri qəbul etmək, cookie-lərin çıxdığı barədə xəbər almaq və yaxud heç bir zaman cookie-ləri qəbul etməmək üçün kökləmək imkanına malikdirlər. Sonuncu hal mahiyyət etibarı ilə həmin istifadəçinin müəyyən fərdi xidmətlərlə təmin edilməyəcəyi deməkdir.

4. Sizin şəxsi informasiyanızdan istifadə və onun saxlanması

Sizin bizə - yəni bbc.co.uk -ə verdiyiniz hər hansı şəxsi informasiyadan necə istifadə olunması barədə biz sizin qarşınızda məsuliyyət daşıyırıq. Biz bu informasiyadan vicdanla istifadə etməyə borcluyuq. Başqa sözlə biz informasiyadan necə istifadə etmək niyyətində olduğumuzu və bu informasiyanı kimə isə ötürmək istədiyimizi sizə bildirməliyik. Ümumiyyətlə isə adətən bu informasiya BBC-nin özü və ya onun provayderləri tərəfindən istifadə olunur. Biz heç bir vəchlə sizə dair informasiyanı BBC-nin xaricindəki şəxs və ya müəssisəyə ötürməməyə təminat veririk. Bu informasiya yalnız qanun çərçivəsində tələb edilərkən açıqlana bilər. Digər tərəfdən əgər siz bbc.co.uk daxilində hər hansı bir şəxsə və ya yerə təhqiramiz mesajlar göndərsəniz və ya bbc.co.uk -in işini bilərəkdən pozmağa çalışsanız, BBC bu cür rəftarın qarşısının alınması üçün əlində sizin barənizdə olan hər hansı informasiyadan istifadə etməkdə azaddır. Sizin informasiyanız sistemimizdə siz bizim istifadəçimiz olduğunuz müddətdə qalacaqdır. Bu informasiya lazım olduğu məqsəd aradan qalxdıqdan sonra və ya siz üzvlüyünüzü davam etdirməmək qərarına gəldiyiniz təqdirdə sistemdən silinə bilər. Bunula belə bu informasiya təhlükəsizlik mülahizəsi ilə daha 6 ay müddətində sistemdə qala bilər. Biz təminat veririk ki, bütün şəxsi informasiyalar 1998-ci il Məlumatın Qorunması Qanununa müvafiq olaraq tam salamat saxlanacaq. Əgər biz sizə informasiyanı BBC-nin sizinlə "xidmət administrasiyası məqsədilə" əlaqə saxlaması üçün istifadə etmək istədiyimiz haqqında bildiriş vermişiksə, bu o deməkdir ki, BBC sizə göstərdiyi xidmətlərlə əlaqədar sizinlə əlaqəyə girə bilər. Məsələn, bu, parolun yada salınması və ya xidmətlərin təmir və ya başqa məqsədlə dayandırılması barədə bildiriş və sair ola bilər. Əgər siz üzv yazılarkən, əvvəlcədən buna razılıq verməmisinizsə, biz sizinlə hər hansı yeni xidmətlərimizin reklamı üçün əlaqə yaratmayacağıq.

5. Barənizdə olan informasiyanı istəmək hüququnuz

Siz özünüzə aid bizdə olan informasiyanı istəyə və oradakı yanlışlıq və ya dəqiqsizliyin düzəldilməsini tələb etmək hüququna maliksiniz (bu xidmət üçün biz £10 məbləğində pul alırıq). Aşağıdakı ünvana müraciət edin: Data Protection Officer, Room 315, Brock House, 19 Langham Street, London, W1A 1AA (Email: dpa.officer@bbc.co.uk).

6. 16 yaşlı və 16 yaşdan kiçik olan istifadəçilər

Əqər yaşınız 16 və ya 16-dan azdırsa, BBC vebsaytına şəxsi informasiya təqdim etməzdən əvvəl, lütfən, valideyn/dayənizdən icazə alın. Bu cür razılıq almayan istifadəçilərə bizə özləri barədə şəxsi informasiya təqdim etmək yasaqdır.

9. Sizin cookie kodunuzu necə görmək olar

Sadəcə onu açmaq üçün "cookie"-ni sıxın. Siz mətn və rəqəmlərdən ibarət qisa sətir görəcəksiniz. Rəqəmlər Sizin ID (kimlik) kardınızın nömrəsidir.

British Broadcasting Corporation © 2001-2004 Broadcasting House, Portland Place, London, W1A 1AA

BBC-nin Məxfilik Siyasəti barədə ən son və dolğun məlumat üçün BBC-nin İngilis dilində əsas saytını nəzərdən keçirin: http://www.bbc.co.uk/privacy