Paylaş xidməti nədir?

Paylaş sizə BBC-nin mobil saytından hər hansı materialı email və ya sevimli sosial şəbəkəniz vasitəsilə paylaşmaq imkanı verir.

Email vasitəsilə Paylaş nədir?

Bunu paylaş sizə BBC Mobil internet saytından hər hansı materialı telefonunuza yüklənmiş email hesabı vasitəsilə paylaşmaq imkanı yaradır.

Bu necə baş verir?

BBC-nin Mobil saytında paylaşmaq istədiyiniz səhifəni görürsünüzsə, Paylaş hissəsindəki email loqosunu basın. Bununla da sizin telefonunuzdakı email açılacaq və siz asanlıqla öz kontaktlarınıza daxil olaraq paylaşdığınız materialla birlikdə mesajınızı da yaza bilərsiniz.

Alınmaya bilərmi?

"Emaillə paylaş"dan istifadə etmək üçün telefonunuzda email hesabı olmalıdır. Əgər telefonunuzda email hesabını necə qurmağı bilmirsinizsə, telefonun təlimat sənədlərinə baxın.

Bu neçəyə başa gəlir?

BBC "Emaillə paylaş" üçün sizdən ödəniş istəmir. Bununla belə, sizə xidmət göstərən şəbəkə istifadə etdiyiniz məlumatın həcminə görə ödəniş tələb edə bilər. Tarif qiymətlərini öyrənmək üçün şəbəkə operatorunuzla əlaqə saxlayın.

BBC mənim informasiyalarımı saxlayırmı?

Yox. Siz öz email hesabınızdan istifadə etdiyinizdən biz sizin hər hansı şəxsi məlumatınıza və ya mesajınıza müdaxilə edə bilmirik. BBC-nin şəxsi sirlərə münasibəti barədə daha geniş məlumatı Şəxsi Sirlər və Əlavə təkliflər bölümündən ala bilərsiniz.

Sosial şəbəkədə paylaş

Paylaş sizə BBC Mobil saytından Facebook, Twitter və ya Google + hesablarınız vasitəsilə paylaşmaq imkanı verir.

Bu necə baş verir?

BBC-nin Mobil saytında paylaşmaq istədiyiz səhifəni görürsünüzsə, Paylaş hissəsində email loqosunu basın. Bununla da sizin telefonunuzdakı email açılacaq və siz asanlıqla öz kontaktlarınıza daxil olaraq paylaşdığınız materialla birlikdə mesajınızı da yaza bilərsiniz.

BBC-nin Mobil saytında paylaşmaq istədiyiniz səhifəni görürsünüzsə, "Paylaş" hissəsində, səhifənin axırında istifadə etmək istədiyiniz sosial şəbəkənin loqosunu basın. Bundan sonra hesabınıza daxil olmağınız lazım gələcək. Daha sonra siz mesajınızı Facebook və Google + -a yaza biləsiniz. Şəkil həm də səhifədən göndəriləcək.

Paylaşmaq istədiyiniz səhifə Facebook hesabınızın divarında, Twitterin timeline sektorunda və Google + səhifəsində görünəcək.

Sosial şəbəkəyə daxilolma məlumatımı BBC-ə verməliyəmmi?

Yox. Siz seçdiyiniz sosial şəbəkənin loqosunu basdiqdan sonra BBC-nin Mobil saytından "daxil ol" səhifəsinə keçəcəksiniz və BBC heç bir halda sizin daxilolma məlumatınıza çıxışa malik olmayacaq.

Nə üçün mən birbaşa poçt səhifəsinə gedirəm və məndən daxil olmaq üçün məlumat tələb edilmir?

Bəzi mobil telefonlarda sizin daxiloma məlumatınız telefonun brauzerində saxlanır. Bu o deməkdir ki, öz profilinizə post etmək üçün hər dəfə daxil olmağınıza ehtiyac yoxdur.

BBC mənim hər hansı məlumatımı saxlayırmı?

Yox. Siz BBC saytından çıxıb öz sosial şəbəkə hesabınıza daxil olduğunuz andan biz sizin heç bir şəxsi daxilolma məlumatınıza və ya mesajınıza müdaxilə edə bilmirik. BBC-nin şəxsi sirlərə münasibəti barədə daha geniş məlumatı Şəxsi Sirlər və Əlavə təkliflər bölümündən ala bilərsiniz.