WhatsApp "Xəbərin olsun!" xəbər kanalımızdan istifadə qaydaları və şərtləri

Bu şərtlər və qaydalar sizə WhatsApp xəbər kanalımızdan istifadəni izah edir.

WhatsApp xəbər kanalımız vasitəsilə izləyicilərimizə yeniliklər, trendlər, öyrədici, ruhlandırıcı və əyləncəli materiallar - xəbər, foto, video və digər ehtiva olunmuş linklər göndəririk. Bu linklər sizə bizim xəbərlərimizi birbaşa telefonunuzda izləmək və ya onları üçüncü tərəflə paylaşmaq imkanı yaradır.

Xidmətimizə qoşulmaq üçün +44 7548 711235 əlaqə nömrəsini WhatsApp siyahınıza əlavə edərək, "BBC" sözündən ibarət ismarış yollamalısınız. Bundan sonra, BBC sizə kanaldan istifadənin şərt və qaydalarını təqdim edir.

BBC bizimlə əlaqə qurduğunuz telefon nömrələrinizin heç bir halda üçüncü tərəflə paylaşılmayacağı barədə sizə təminat verir.

WhatsApp qaydalarına görə, bu çat tətbiqdən istifadə yaşı 13-dən başlayır. Biz də bu qaydanı izləyirik.

BBC Azərbaycancanın WhatsApp nömrəsinə mesaj göndərməklə siz bizim şərtlərlə razılaşırsınız və onlar həmin andan dərhal sonra qüvvəyə minir. Əgər bu şərtlərlə razı deyilsinizsə, o zaman "Xəbərin olsun!" kanalından çıxmaq üçün bizə mesaj yazın.

BBC bu şərtləri vaxtaşırı dəyişə bilər, ona görə də, bu şərtləri tez-tez yoxlamağınız vacibdir. "Xəbərin olsun!" kanalından xəbərlərimizi qəbul etməyə davam etməniz yenilənmiş və ya dəyişilmiş şərtləri qəbul etməyiniz deməkdir.

Əgər dəyişiklərlə razı deyilsinizsə, onda kanalımızdan istifadəni dayandırmalısınız.