İtaliyada zəlzələ: onlarla adam həlak olub

Amatriçe Fotonun müəllifi Reuters
Image caption Amatriçe meri ciddi dağıntıların baş verdiyini bildirir.

İtaliayanın mərkəzindəki Amatriçe şəhərində 6,2 bal gücündə zəlzələ nəticəsində 73 adam həlak olub, İtaliya hakimiyyət orqanları bildirir.

100-dən çox nəfərinsə itkin düşdüyü bildirilir. Xilasedicilər işlərini davam etdirirlər.

Yeraltı təkanlar Romada hiss olunub.

Zəlzələ yerli vaxtla çərşənbə günü saat 3:36-da (Bakıda 05:36) baş verib.

Amatriçe şəhərinin meri Sergio Pirozzi yerli radiostansiyaya müsahibəsində şəhər mərkəzindəki dağıntılar altında adamaların ola biləcəyini deyib. Onun sözlərinə görə, şəhərin elektrik enerjisilə təchizatı pozulub.

"Şəhərə aparan yollar dağılıb. Dağıntılar altında qalanlar var. Torpaq sürüşməsi də baş verib və körpü çökə bilər", - Sergio Pirozzi RAİ radiostansiyasının efirində bildirib.

Fotonun müəllifi AFP
Image caption Dağıntılar altında adamların olduğu bildirilir.

La Repubblica qəzeti Romada 20 saniyə ərzində binaların silkələndiyini xəbər verir.

Akkumoli şəhərində dağıntalar altından 7 ailə üzvü çıxarılıb, şəhərin meri bildirib.

Polisə əsasən Akkumoli yaxınlıqda yerləşən Peskara-del-Tronto kəndində iki nəfər həlak olub.

Fotonun müəllifi Reuters
Image caption Bir çoxları evlərinə qayıtmaqdan qorxurlar

"Təkanlar çox güclü idi! Altımızdakı yataq hərəkətə gəlmişdi", - Reuters agentliyinə danışan Umbriya sakini bildirir.

İtaliyanın mülki müdafiə xidməti zəlzələnin dağıdıcı təsirini qeyd edir.

Fotonun müəllifi Google/AP
Image caption Amatrice şəhərinin əsas yolu zəlzələdən əvvəl və sonra
Fotonun müəllifi Reuters
Image caption Amatriçedə bəzi evlər yerlə yeksan olunub

2009-cu ildə İtaliyanın Akuila bölgəsində baş verən 6,3 bal gücündə zəlzələ 300-dən artıq adamın ölümünə bais olmuşdu.