Şimali Koreya Yapon dənizinə raket atəşi açıb

Kişi raket hücumunun fotosuna baxır Fotonun müəllifi AFP
Image caption Rəsmilər Cənubi Koreya mediasına deyib ki, raket 500 km uçub

Şimali Koreya şərq sahillərində sualtı gəmidən ballistik raket atəşi açıb, ABŞ və Cənubi Koreya bildirir.

KN-11 raketi Sinpo yaxınlığında sulardan atılıb və o, 500 km uçaraq Yapon dənizinə düşüb, ABŞ rəsmisi deyib.

Yaponiyanın Baş naziri bildirib ki, raket Yaponiyanın Havadan Müdafiə Təyinedici Zonasına düşüb. O, hadisəni "düşüncəsiz hərəkət" adlandırıb.

Bir müddət əvvəl Cənubi Koreya və ABŞ ənənəvi hərbi təlimlərə başlayıb. Bu təlimlər adətən Pxenyanı qəzəbləndirir.

ABŞ və Cənubi Koreyaya məxsus 80 minə qədər qoşun Şimali Koreyanın belletristik işğalı zamanı kompüterləşdirilmiş müdafiəni yamsılayır.

Fotonun müəllifi AP
Image caption Məşqlər həmçinin terror hücumlarına hazırlanmaq məqsədi güdür

Məşqləri işğal üçün hazırlıq kimi görən Şimali Koreya xəbərdarlıq edib ki, təlimlər Koreya yarımadasını müharibə və "nüvə silahının işlədilməsinə" sürükləyir.

BMT Şimali Koreyaya nüvə texnologiyasını və ballistik raketləri qadağan edib. Lakin son aylarda ölkə bir neçə raket buraxılışı həyata keçirib və onun beşinci nüvə silahı sınağını həyata keçirəcəyi güman edilir.

Cənubi Koreyanın hərbiyyəsi bildirib ki, raket "Seul-Vaşinqton hərbi məşqlərinə cavab olaraq hərbi gərginliyi artırmaq üçün" həyata keçirilib.

Yaponiyanın baş naziri Shinzo Abe raketin Yaponiya dənizinə düşdüyünü təsdiq edib.

ABŞ Dövlət Departamenti keçmiş raket sınaqları da daxil olmaqla, indiki hadisəni "qəti pisləyib" və BMT-də onu müzakirəyə çıxaracağını qeyd edib.

Hadisə, həmçinin Çin, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirlərinin Tokio görüşündə müzakirə edilib.

Əlaqəli mövzular