Rusiyalı hakerlər "New York Times qəzetini hədəf alıb"

Fotonun müəllifi Getty Images

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Rusiyalı hakerlərin New York Times qəzetinə kiber hücumlar həyata keçirməsi barədə təhqiqat aparır, rəsmilər ABŞ mediasına bildiriblər.

Onlar hesab edirlər ki, Rusiya kəşfiyyatı jurnalistlərin hədəfə alındığı hücumun arxasında ola bilər, Associated Press xəbər verib.

Times sözçüsü bildirib ki, internet sistemləri təsirə məruz qalmayıb.

"Moskvadakı büromuz da daxil olmaqla, internet sistemimizin pozulmasına dair heç bir sübut yoxdur," o deyib.

İlk olaraq məlumatı CNN yayıb və bildirib ki, müdaxilələr aylardır davam edir.

Hücumun səbəbi və neçə jurnalistin hədəf alındığı məlum deyil.

Əlaqəli mövzular