Fransa: polislər qadını burkinini çıxarmağa məcbur ediblər

Hərbçilər Fotonun müəllifi Getty Images
Image caption Bu yay Fransa çimərliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Fransanın Nitsa şəhərində polislər yeni qanunu tətbiq edərkən çimərlikdə olan qadından burkinini çıxarmağı tələb ediblər.

İnternetdə yayılan şəkildə dəniz sahilində uzanmış yaşlı qadına polislərin yaxınlaşdığını görmək olar. Bir qədər sonra o, çimərlik geyiminin üst hissəsini çıxararaq köynəkdə qalır.

Bu arada polislərdən biri bloknotunda qeydlər edir.

France Presse agentliyi "dünyəvilik geyim və əxlaq normalarına" riayət etməyən qadına cərimənin yazıldığını bildirir.

Bir qədər əvvəl bənzər hadisə Kann şəhərində də baş verib, The Guardian nəşri bildirir.

İyul ayında Nitsa şəhərində ölümcül hücumdan sonra Fransanın 7 şəhəri çimərliklərdə burkinilərin istifadəsini qadağan edib.

Bütün bədəni örtən çimərlik geyiminin qadağası barədə qərar Fransanın baş naziri Manuel Valls tərəfindən dəstəklənib.

2011-ci ildə Fransa ictimai yerlərdə burkanı qanundan kənar elan edib.

Həmçinin oxu - Burkini yoxsa bikini? Fransada çimərlik qalmaqalı

Əlaqəli mövzular

Bu barədə daha geniş