İtaliya zəlzələsində ölənlərin sayı 247-ə çatıb

Amatriçe (24 avqust 2016) Fotonun müəllifi AP
Image caption Amatriçe: Şəhərin tarixi hissəsində dağıntılar

Çərşənbə günü İtaliyanın mərkəzindəki dağlıq ərazidə baş vermiş zəlzələ nəticəsində ən azı 247 adam həlak olub. Dağıntılar altında qalan insanları xilas etmək üçün bütün gecə axtarışlar davam edib.

Dağlıq bölgəsində yerləşən Amatriçe, Akkumoli və Peskara-del-Toro şəhərlərindəki dağıntılar altında onlarla adamın qaldığı güman edilir.

Xilasedicilər ərazidə olan insanları və jurnalistləri "dağılmaqda olan" Amatriçe şəhərini təcili tərk etməyə səsləyiblər, BBC müxbiri Jenny Hill xəbər verir.

Hazırda 4300-dən çox xilasedici ağır qaldırıcı avadanlıqdan və ya sadəcə əllərindən istifadə edirlər.

Səhiyyə naziri deyib ki, hadisə qurbanlarının əksəriyyəti uşaqlardır. Nazirlik qurbanların sayının artacağı ilə bağlı xəbərdarlıq edib.

Fotonun müəllifi Reuters
Image caption Bəzi sakinlər gecəni bayırda keçiriblər

Çərşənbə günü Peskara-del-Tronto şəhərində gənc qız dağıntılar altında 17 saat qaldıqdan sonra sağ-salamat xilas edilib. Şəhər merinin bildirdiyinə görə, orada olan bütün evlər demək olar ki, dağılıb.

Fotonun müəllifi Reuters
Image caption Sağ qalanların axtarışı gecə də davam etdirilib
Fotonun müəllifi Reuters
Image caption Bəzi sakinlər gecəni bayırda keçiriblər

6,2 bal gücündə zəlzələ çərşənbə günü yerli vaxtla saat 3:36-da, Romanın şimal-şərqində baş verib.

Zəlzələdən əsasən dağlıq ərazidə yerləşən Umbria, Latsio və Le Marche aid kiçik şəhər və kəndlər zərər çəkib.

Hadisə qurbanlarının azı 86-sı tarixi şəhər olan Amatriçe və Akkumoli yaxınlığında olan ərazilərdəndir.

Amatriçenin meri deyib ki, şəhərin dörddə üç hissəsi tamamilə dağılıb və yaşamaq üçün bir dənə sağlam bina qalmayıb.

Hadisədən əziyyət çəkənlərin çoxu regiona məşhur festivalı qeyd etmək üçün gələnlərdir.

Fotonun müəllifi Google/AP
Image caption Amatriçe şəhəri: zəlzələdən əvvəl və sonra
Fotonun müəllifi AP
Image caption Peskara-del-Tronto şəhəri: zəlzələdən əvvəl və sonra

Bu barədə daha geniş