Fransa məhkəməsi "burkini qadağası" ilə bağlı hökm çıxarmalıdır

Kan şəhərində polis və burkinili qadın Fotonun müəllifi EPA/AP
Image caption Burkini qadağası Fransanın çənub-şərq sahilində tətbiq olunur.

Fransa məhkəməsinə təqdim edilən iddia 26 şəhər tərəfindən burkini kimi tanınan qadın çimərlik geyiminə qoyulmuş qadağanın ləğvinə səsləyir.

İnsan haqları qrupları və islamofobiya əleyhinə birliklər qadağanın Fransa qanunlarına zidd olduğunu hesab edirlər.

Lakin qadağanı tətbiq edən sahil şəhələrinin merləri deyirlər ki, qadağa ictimai asayişi və dünyəvilik prinsiplərini qoruyur.

Rəy sorğularına əsasən əksəriyyət çimərlik geyimləri ilə bağlı məhdudiyyətləri dəstəkləyir. Lakin müsəlmanlar qeyri-ədalətli olaraq hədəf alındıqlarını düşünürlər.

İfop agentliyinin son sorğusunda iştirak edənlərin 64 faizi qadağaların leyihə 30 faizi isə əleyhinə səs verib.

Həmçinin oxu: Fransa: su parkında “burkini günü” tənqidlərə səbəb olub

Belə görünür ki, qadağa ilə bağlı qərar Fransa hökümətinin üst təbəqəsini də ikiyə parçalayıb.

Qadağanı dəstəkləyən baş nazir Manuel Valls deyib ki, burkini geyinən qadınlar Fransa hakimiyyətinin qərarlılığını sınağa çəkir.

Təhsil naziri Nəcət Vallaud-Belkacem qadağanın arzuolunmaz olduğunu deyib və qadınların çimərlik geyimilə özünü İslam Dövləti adlandıran qruplaşma arasında bağlılıq iddilarına etiraz edib.

Bundan əvvəl polis Nitsa şəhərinin çimərliyindəki qadını burkinini çıxarmağa məcbur edib.

Image caption Burkinini çıxarmağa məcbur edilən qadının şəkilləri internetdə maraq doğurub

Polis 34 yaşlı Siama 11 avroluq cəribə kəsiblər.

Hərçənd ki, Tuluz şəhərinin sakini hadisə vaxtı üzərində burkini yox, köynək, baş örtüyü və legginqslərin olduğunu deyir.

Bu olay həssas məsələ ətrafında mübahisəni qızışıdırıb.

"Polis mənə dedi ki, mən düzgün geyimdə olmalıyam. Mən çimərliyi tərk etdim, ama hicabı başımda saxladım," qadın BBC-ə bildirib.

"Mən özümü ölkəmdə əcnəbi kimi hiss etdim. Bəziləri mənə təsəlli verdi digərləri isə təhqir etdilər".

Burkinini qanundan kənar elan edən Fransa şəhərlərinin çoxu ölkənin cənub-şərqindəki Riviera sahilində yerləşir.

Fotonun müəllifi Getty Images
Image caption Burkinilərin satışı

BBC-nin digər saytlarında