İtaliya: zəlzələdə ölənlərin xatirəsi anılır

Amatriçe Fotonun müəllifi AP
Image caption Amatriçe şəhərində zəlzələ 200-dən artıq adamın ölümünə bais olub.

Çərşənbə günü baş verən zəlzələdə ölənlərin xatirəsini yad etmək üçün İtaliyada bir günlük matəm elan olunub.

Ölkə boyunca dövlət bayraqları endirilib.

Yeraltı təkanlar nəticəsində İtaliyanın mərkəzindəki Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata şəhərlərində bir çox bina çöküb.

Son məlumata görə təbii fəlakət ən azı 278 nəfərin ölümünə səbəb olub. 400-dək adamın xəstəxanalara yerləşdirildiyi bildirilir. 2 mindən artıq adam evsiz qalıb.

Ən çox ziyan çəkmiş 200-dən çox sakinini itirən Amatriçe şəhəridir. İtaliyanın baş naziri Matteo Renzi burda keçirilən matəm mərasiminə qatılacağını bildirib.

Ərazidə işləyən fövqəladə xidmətlərin qrupları ötən gündən bəri dağıntılar altında qalan sağ adam tapmayıblar və belə bir ehtimal getdikcə azalmaqdadır. Hökumət yoxa çıxanlar tapılana kimi xilasetmə əməliyyatlarının davam etdiriləcəyini bildirir.

Dağıntılara məruz qalmış bölgədə fövqəladə vəziyyət elan olunub.

Fotonun müəllifi Reuters
Image caption Cümə günü zəlzələdə ölənlər dəfn olunub.
Fotonun müəllifi Reuters
Image caption Dağıntılar altında sağ qalanların tapılması ehtimalı azalıb, lakin axtarış əməliyyatı davam etdirilir.
Fotonun müəllifi Reuters
Image caption Amatriçe və şəhər ətrafında qədim kilsələr uçub.
Fotonun müəllifi AFP
Image caption Zəlzələ iki mindən artıq adamı evsiz qoyub.

Bu barədə daha geniş