Filippində İD-ə bağlı qrup qiyamçıları həbsdən qaçırıb

Maute qrup üzvü Fotonun müəllifi AFP
Image caption Qiyamçılar ötən həftə həbs edilmişdi

Filippində özünü İslam Dövləti (İD) adlandıran qrupu dəstəkləyən radikallar azı 8 qiyamçını həbsdən qaçırıb.

Polis bildirib ki, Maute qrupundan təxminən 20 döyüşçü Maravi şəhərindəki Lanao del Sur həbsxanasına hücum edib, keşikçilərin silahlarını ələ keçirib.

Qiyamçılar ötən həftə həbs edilmişdi. Hökümət qüvvələri onları silah nəql edərkən saxlayıb.

Qaçırılan qiyamçılar adam öldürmək və narkotikdə ittiham olunurlar.

Əhalisinin əsas hissəsi müsəlman olan Filippində Maute qrupu İD-in bayrağını və nişanələrini daşıyır.