İtaliya: Muzeylər gəlirlərini zəlzələyə görə ianə edəcək

Xilasedici Fotonun müəllifi AP

Bazar günü İtaliyada bütün muzeylər qazanclarını zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ianə edəcək.

Çərşənbə günü 6.2 ballıq zəlzələ nəticəsində 291 nəfər həyatını itirib, çoxlu kilsə və orta əsrlərə aid binalar dağılıb.

Amatriçenin meri bildirib ki, o şəhəri əvvəlki halına gətirməyi arzulayır.

Bazar günü baş nazir və prezident ölənlərdən 35-nin yas mərasimində iştirak edib.

"Biz birlikdə bu vəziyyətdən necə çıxmağa qərar verəcəyik, ancaq ümidsiz olma. Bu əsasdır," baş nazir Matteo Renzi bir gəncə deyib.

Fotonun müəllifi AP
Image caption Demək olar ki, bütün kilsələr və tarixi binalara ciddi ziyan dəyib

Mədəniyyət naziri Dario Franceschini qeyd edib ki, 293 mədəniyyət abidəsi zəlzələdən zərər çəkib, onlardan əksəriyyəti kilsələrdir - onlar ya dağılıb, ya da ciddi ziyan görüb.

Fotonun müəllifi AFP
Image caption Italiyanın baş naziri Matteo Renzi (solda) yas mərasiminə həyat yoldaşı Agnese ilə birgə qatılıb

O bütün italiyalıları bazar günü muzeylərə və arxeoloji abidələrə baş çəkməyi və bu yolla "həmrəylik göstərməyə" çağırıb. Onun sözlərinə görə bu yolla dəstək üçün pul toplanacaq.

Bu barədə daha geniş