Kraliça Victoria-nın tacının ölkədən çıxarılmasına qadağa qoyulub

Coronet

Kraliça Victoria-ya məxsus sapfir və brilyantlarla bəzədilmiş tacın ölkədən kənara çıxarılmasına müvəqqəti qadağa qoyulub.

1840-cı ildə şahzadə Albert öz toyu üçün dizayn etdiyi tac 5 milyon funt qiyməti olan tacın qyeri-britaniyalı tərəfindən alınaraq ölkədən xaricə çıxarılması riski var.

Qadağa alıcının bu tarixi əşyanı ölkədən çıxarmaq üçün müraciətindən sonra qoyulub.

Qadağanı qoyan mədəniyyət naziri Matt Hancock deyib ki, tac Britaniyanın "ən məşhur sevgi hekayəsinin" simvoludur.

11.5 santimetr diametri olan tac qızılla haşiyələnmiş 11 iri saphir və gümüşlə çərçivələnmiş çoxlu sayda brilyantlarla bəzədilib.

Image caption Kraliça Victoria-nın tacı taxdığı rəsmi portreti. 1842-ci ildə Franz Xaver Winterhalter çəkib.

Mütəxəssislər deyirlər ki, toylarından bir gün öncə şahzadə Albert kraliçaya həmçinin eyni daşlarla bəzədilmiş bəzək sancağı verib.

1922-ci ildə kral V George və kraliça Mary tacı şahzadə Mary-ə qraf naibi Viscount Lascelles ilə toyunda hədiyyə verib. Sonra tac Londonda dəllal əlinə keçib və satılıb.

Tac barədə son qərar dekabrın 27-də veriləcək.