Yəmən: intihar hücumunda "onlarla insan ölüb"

silahlı əsgər Fotonun müəllifi Reuters
Image caption Aden şəhərində tez-tez əl-Qaeda və İD-in üzərinə götürdüyü hücumlar olur

Yəmənin cənub şəhərində hərbi əraziyə edilən bombalı intihar hücumu nəticəsində azı 40 nəfər ölüb, rəsmilər məlumat verir.

İntihar hücumu hakimiyyət yönümlü Xalq Müqaviməti milisinin istifadə etdiyi təlim düşərgəsində baş verib, məlumatda deyilir.

Hücum, Yəməndə Səudiyyə tərəfindən dəstəklənən hökümətlə üsyançılar arasında 17 aydır davam edən müharibəyə yenicə son qoyulması fonunda baş verir.

BMT rəsmiləri deyir ki, döyüşlərdə çoxu sadə vətəndaşlar olmaqla 6600-dən çox insan öldürülüb.

2.5 milyon yəmənli didərgin düşüb.

Cənub liman şəhərində tez-tez özünü İslam Dövləti adlandıran qruplaşma və ya əl-Qaidə tərəfindən partlayışlar həyata keçirilsə də, bazar ertəsi baş verən partlayışın kim tərəfindən törədilməsi məlum deyil.

Bununla yanaşı, hakimiyyət və üsyançılar münaqişəni sona yetirməklə bağlı müsbət cavab veriblər.

ABŞ-ın ötən həftə açıqladığı plan şiə üsyançıların paytaxtdan çıxarılmasına və birgə hökumət yaradılmasına səsləyirdi.

Üsyançılar deyir ki, Səudiyyənin başçılıq etdiyi koalisiya hücumları və onlara məxsus olan əraziləri mühasirədə saxlamağı dayandırsa danışıqları yenidən başlamağa hazırdırlar.

Bu ayın əvvəli Küveytdə baş tutan danışıqlar uğursuz olub.

Səudiyyənin başçılıq etdiyi koalisiya, prezident Abedrabbo Mansour Hadi-nin beynəlxalq səviyyədə tanınan hökumətinin dəstəyi ilə 2015-ci ilin martından başlayaraq Yəmənə hava zərbələri endirir.

Kampaniya, sabiq prezident Ali Abdullah Saleh tərəfindən dəstəklənən Husi üsyançıları hakimiyyəti istefa tələbi ilə Sanaa şəhəri də daxil olmaqla ölkənin bir hissəsini ələ keçirməsindən sonra başlayıb.

Səudiyyə Ərəbistan deyir ki, Husi üsyançıları maddi və hərbi cəhətdən onun regional rəqibi olan İran tərəfindən dəstəklənir, lakin rəsmi Tehran bu iddiaları rədd edir.