NASA Havay adalarında bir illik Mars simulyasiyasını sona çatdırıb

Komanda 1 ildən sonra günbəzdən çıxır Fotonun müəllifi AP
Image caption Komanda 1 ildən sonra günbəzdən çıxır

Havay adalarında bir ildir izolyasiyada yaşayan altı nəfərdən ibarət qrupun Mars simulyasiyası tamamlanıb.

29 avqust 2015-ci ildən bəri bu qrup təmiz hava və təzə ərzaqsız, günbəz formasında olan kiçik bir yerdə yaşayıb.

Ekspertlərin təbirincə Qırmızı Planetə insanların səyahəti bir və üç il arasında vaxt apara bilər.

Havay Universiteti tərəfindən aparılan tədqiqatı NASA maliyyələşdirib.

Fotonun müəllifi AP
Image caption Layihə bitən kimi onlar darıxdıqları yeməkləri yeyiblər- banan, qarpız, pizza

İzolyasiyada bir il keçirən komanda üzvləri deyiblər ki, Marsa missiyanın uğurlu ola biləcəyinə arxayındırlar.

"Mən öz şəxsi fikrimi sizinə paylaşa bilərəm ki, yaxın gələcəkdə Marsa missiya realdır", Fransadan olan komanda üzvü Cyprien Verseux jurnalistlərə deyib.

"Mən düşünürəm ki, texnoloji və psixoloji maneələrdən keçmək mümkündür".

Lakin missiyanın başçısı Carmel Johnston deyib ki, bu il ərzində tək ola bilməmək çətin olub.

Fotonun müəllifi AFP
Image caption Eksperiment səyahətin insan cəhətini tədqiq edib.
Fotonun müəllifi AFP
Image caption Komanda üzvləri deyib ki, hər gün eyni adamları görməyə məcbur olublar
Fotonun müəllifi Reuters
Image caption Eksperiment üçün əlçatmaz bir yer seçilmişdi

"Elə bil səninlə bir otaqda yaşayan adamlar var və onlardan heç cürə qaça bilmirsən. Düşünürəm ki, bəzi adamlar bunu təsəvvür edə bilər", o deyib.

Komanda fransız astro-bioloq, alman fizik və dörd amerikalıdan - pilot, memar, jurnalist və torpaqşünasdan ibarət olub.

Eksperiment səyahətin insan cəhətini tədqiq edib.