Rusiyadan Türkiyəyə ilk çarter uçuşu bu həftə yola düşəcək

dəniz
Image caption Sentyabrdan rusiyalı turistlər Türkiyəyə gedə biləcək

Rusiya turistlərini Türkiyəyə daşıyan ilk çarter reysləri sentyabrın 2-də yola düşəcək, Rusiya Turoperator Assosiasiyasının (ATOR) saytında deyilir.

Daha əvvəl ATOR mətbuat xidməti bildirmişdi ki, Rusiya turoperatorları Türkiyəyə tur paketlərini formalaşdırmağa başlayıblar.

ATOR həmçinin qeyd edib ki, "ekspertlərin qənaətincə sentyabr-oktyabr arasında turistlərin axını az olacaq".

Bazar günü baş nazir Dmitri Medvedev Rusiya ilə Türkiyə arasında çarter aviareyslərinin qadağasının qaldırılması barədə qərarı təsdiqləyib. Şənbə günü Nəqliyyat Nazirliyi bu layihəni hökumətə təqdim edib.

2015-ci ilin oktyabr ayında, Rusiya təyyarəsinin Türkiyə qırıcıları tərəfindən vurulmasından sonra iki ölkə arasında əlaqələr kəskin pisləşib.

Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, o cümlədən ölkəyə çarter uçuşlarını dayandırıb.

Bu ilin avqust ayında Türkiyə prezidentit Recep Tayyip Erdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı qərara alınmışdı ki, ikitərəfli əlaqələr bərpa olunsun.

Rəsmi rəqəmlərə əsasən bu ilin ilk altı ayında Türkiyəyə gedən Rusiya turistlərini sayı 87,4 faiz azalaraq 183 800 adam təşkil edib.