İtaliya zəlzələsi: Evsiz sakinlərə taxta evciklərin verilməsi planlaşdırılır

Arquata del Tronto düşərgəsi, 28 avqust 2016 Fotonun müəllifi AP
Image caption Arquata del Tronto çadır düşərgəsi, zəlzələ ərazisində yadarılan düşərgələrdən biridir

İtaliyada avqustun 24-də baş vermiş zəlzələdən sağ çıxıb evsiz qalan 2500 adam üçün üç ay ərzində sadə, taxta evciklərin tikilməsi planlaşdırılır.

İtaliya mediasının məlumatına görə, 2009-cu ildə Onnada baş vermiş dəhşətli zəlzələdən sonra da istifadə olunan strukturlar, hazırda istifadə olunan çadırlardan daha üstün sayılır.

Çərşənbə günü baş vermiş 6,2 ballıq zəlzələ Amatriçe və daha iki şəhəri darmadağın edib.

Hadisə nəticəsində 290 adam həlak olub.

Bazar günü baş nazir Matteo Renzi yenidənqurma planlarını İtaliyanın ən məşhur memarlarından biri hesab olunan Renzo Piano ilə müzakirə edib.

Qış gəlməmiş hakimiyyət evsiz sakinləri təhlükəsiz, isti yaşayış yerlərilə təmin etməlidir. Zəlzələnin baş verdiyi Apennin dağları ərazisində qış vaxtı çox soyuq olur.

İtaliyanın Corriere della Sera qəzeti xəbər verir ki, taxta evciklər, evsiz qalan sakinlərin zəlzələdən əvvəl yaşadığı evlərə yaxın ucaldılacaq.

Çadır düşərgələrinin yaradılmasına baxmayaraq bəzi sakinlər öz avtomobillərində yatmağı üstün tutur - onlar qorxurlar ki, soyğynçular dağıntılar arasında onların əşyalarını oğurlaya bilər.

Havalar soyuyanda adamlara müvəqqəti olaraq dənizkənarı otellərdə otaqlar veriləcək, daha sonra isə onlar taxta evciklərə köçürüləcək, Amatrice meri Sergio Pirozzi deyib.

Bu barədə daha geniş